Fransa mətbuatı Azərbaycan torpaqlarının işğalından yazıb
Fransanın nüfuzlu "Libération" qəzeti "Ermənistan- Azərbaycan: Fransa münaqişəsinin sülh yolu ilə həllinə çalışmalıdır" başlıqla yazı dərc edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yazının müəllifi “Paris Azərbaycan Evi”nin rəhbəri, Azərbaycanın Dostları Assosiyasiyasının Baş katibi Mirvari Fətəliyevadır.
30 Mart 2017 11:51 SiyasətFransanın nüfuzlu "Libération" qəzeti "Ermənistan- Azərbaycan: Fransa münaqişəsinin sülh yolu ilə həllinə çalışmalıdır" başlıqla yazı dərc edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, yazının müəllifi "Paris Azərbaycan Evi"nin rəhbəri, Azərbaycanın Dostları Assosiyasiyasının Baş katibi Mirvari Fətəliyevadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri ərəfəsində dərc edilən məqalədə iki ölkə arasında mövcud əlaqələrdən, Azərbaycanın iqtisadi inkişafından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Xocalı soyqırımından bəhs olunur. Bildirilir ki, Prezident İlham Əliyevin Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf edən səfəri münasibətlərin dinamik inikişafını təsdiq edir. Məqalədə Azərbaycan dövlətinin düşünülmüş və balanslı xarici siyasətinə diqqət çəkilir: "Azərbaycan müstəqillik əldə etdikdən sonra, qərblə, eləcə də Rusiya ilə bu günə qədər yaxşı əlaqələr saxlamağı bacardı. Beləliklə, biz - Fransadakı Azərbaycan icması Prezident İlham Əliyevin Parisə rəsmi səfərini dəstəkləyirik. Bu rəsmi səfər ərəfəsində biz bir daha xatırladırıq ki, Dağlıq Qarabağ münaqişəsi bu gün həll olunmamış qalır. Ermənistan və Azərbaycan arasında 1988-ci ildən 1994-cü ilədək davam edən toqquşmalar Azərbaycan torpaqlarının (Dağlıq Qarabağ və yeddi ətraf rayonların) 20 faizinin işğalı və bir milyona yaxın azərbaycanlının qovulması ilə nəticələndi. Bu gün bir milyona yaxın qaçqın və məcburi köçkün Azərbaycan əhalisinin 10 faizini təşkil edir və Azərbaycan dünyada adambaşına düşən qaçqınların və məcburi köçkünlərin sayına görə birinci ölkədir. Bu etnik təmizləmə məqamı 1992-ci il fevralın 26-da əksəriyyəti qadın, uşaq və qoca olmaqla 613 dinc sakinin vəhşicəsinə qətlə yetirildiyi Xocalı soyqırımı olub. Ermənistanın indiki Prezidenti Serj Sarkisyan Xocalı soyqırımının törədilməsi ilə bağlı əmr verdiyini qərbli jurnalistlərə müsahibəsində açıq şəkildə etiraf edib", - məqalədə qeyd edilib. M.Fətəliyeva münaqişənin həll üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladır.