Məhkumlarla görüş keçirilib

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir.

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu "Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi" Proqramını həyata keçirir. Fonddan "OLAYLAR" -a bildirilib ki, layihənin icrası "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin eksperti ilə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış "Cəza qisas deyil, tənbeh tədbiridir" adlı xidmət çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində növbəti tədbir mart ayının 29-da Bakı şəhərində 4 saylı CÇM-də keçirilib. Tədbirdə tanınmış ekpertlər Əliməmməd Nuriyev, Zalihə Tahirova və İsmayıl Kərimov mövzu ilə əlaqədar məruzə etmiş, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat veriblər. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb. Tədbirdə layihə çərçivəsində hazırlanmış "Məhkumlar və cəzaçəkmə müəssisələrindən azad olan gənclər üçün məlumat" kitabı və bukletlər paylanmış və kitabxanaya hədiyyə olunub. Layihə məhkumların hüquqlarının təmin edilməsinə, onların saxlanma vəziyyətinin yaxşılaşdırılmasına, sağlamlığın qorunması və onların reabilitasiyası və gələcəkdə cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31