GUAM-ın Mədəniyyət və Turizm üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Ukraynanın Kiyev şəhərində Demokratiya və İqtisadi Inkişaf naminə Təşkilat GUAM-ın Mədəniyyət və Turizm üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Ukraynanın Kiyev şəhərində Demokratiya və İqtisadi Inkişaf naminə Təşkilat GUAM-ın Mədəniyyət və Turizm üzrə İşçi Qrupunun növbəti iclası keçirilib. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, iclasda Azərbaycan, Ukrayna, Gürcüstan ve Moldovanın müvafiq dövlət qurumlarının nümayəndələri, habelə GUAM katibliyinin və Yaponiyanın Ukraynadakı Səfirliyinin nümayəndələri iştirak ediblər. İclasda üzv dövlətlərin nümayəndələri müvafiq ölkələrdə turizmin inkişafı ilə əlaqədar çıxış etdilər. Mədəniyyət və Turizm Nazirliyini təmsil edən Turizm şöbəsinin müdir müavini Rauf Paşayev ölkəmizin turizm sahəsində həyata keçirilən islahatlar və bu sahədə əldə edilmiş nailiyyətlər barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. Bununla yanaşı R.Paşayev GUAM çərçivəsində turizm sahəsində keçirilməsi nəzərdə tutulan layihə və tədbirlərlə əlaqədar müvafiq təkliflər verib. İşçi Qrupun 2017-2018 illər üzrə Fəaliyyət Planı, GUAM-Yaponiya əməkdaşlığı çərçivəsində keçirilmiş seminarın nəticələri, həmin format çərçivəsində 2017-2020 illər üzrə Fəaliyyət Planı və digər məsələlər müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31