"Barselona" 4 oyuna Arda Turansız çıxacaq
"Barselona"nın və Türkiyə millisinin futbolçusu Arda Turan 3 həftəyədək sıradan çıxıb. Tibbi müayinə nəticəsində 30 yaşlı yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb. "Ay-ulduzlular"ın düşərgəsində ikən xəsarət alan Arda Moldova ilə yoldaşlıq görüşünü buraxmalı olub.
30 Mart 2017 12:20 İdman"Barselona"nın və Türkiyə millisinin futbolçusu Arda Turan 3 həftəyədək sıradan çıxıb. Tibbi müayinə nəticəsində 30 yaşlı yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb. "Ay-ulduzlular"ın düşərgəsində ikən xəsarət alan Arda Moldova ilə yoldaşlıq görüşünü buraxmalı olub.
İndi isə o, La Liqada minimum 4 oyunda və İtaliya "Yuventus"una qarşı Çempionlar Liqasının ilk 1/4 final qarşılaşmasında iştirak etməyəcək. Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31