Bədənində döymə olanlara diqqət!

Amerikada aparılan araşdırmaya görə, bədənindəki döymə sayı çox olan insanların immunitet sistemi olduqca qüvvətli olur. Döymə sayı artdıqca immunitet güclənir.

Amerikada aparılan araşdırmaya görə, bədənindəki döymə sayı çox olan insanların immunitet sistemi olduqca qüvvətli olur. Döymə sayı artdıqca immunitet güclənir.

Amerikalı alimlərin apardığı araşdırma nəticəsində bədənində çoxsaylı döyməsi olanların soyuqdəyməyə qarşı daha dözümlü olduğu məlum olub. Döymələrin immunitet sisteminə olan təsirlərini araşdıran alimlər bir döyməyin immunitet sistemini zəiflətdiyini və xəstələnmək riskini artırdığını iddia edib. Maraqlıdır ki, döymə sayının çox olması əksinə, immunitet sistemini gücləndirir. Tədqiqatçılar bədənində çoxsaylı döyməsi olan insanların digərləri ilə müqayisədə soyuqdəyməyə qarşı daha dözümlü olduğu qənaətindədir. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31