Ronaldu: "Neymar Mourinyonun yanına getməkdənsə, “Barsa”da qalsın”
"Real"ın ulduz futbolçusu Kriştianu Ronaldu "Barselona"nın hücumçusu Neymara məsləhət verib. Portuqaliyalı forvard həmkarının İngiltərəyə köçməsinin yanlış seçim olacağını düşünür. O bildirib ki, Neymar hazırkı komandasında qalarsa, daha çox titul qazana bilər: "Onun üçün "Barselona"da pik səviyyəyə çatmaq Joze Mourinyo ilə çalışaraq çatmaqdan asan olar. Məncə, Neymar hazırkı klubunda bir az da səbr etməlidi. Messinin yaşı artdıqca təsir gücü də azalacaq. O zaman Neymar bu komandanın liderinə çevriləcək".
30 Mart 2017 12:51 İdman"Real"ın ulduz futbolçusu Kriştianu Ronaldu "Barselona"nın hücumçusu Neymara məsləhət verib. Portuqaliyalı forvard həmkarının İngiltərəyə köçməsinin yanlış seçim olacağını düşünür. O bildirib ki, Neymar hazırkı komandasında qalarsa, daha çox titul qazana bilər: "Onun üçün "Barselona"da pik səviyyəyə çatmaq Joze Mourinyo ilə çalışaraq çatmaqdan asan olar. Məncə, Neymar hazırkı klubunda bir az da səbr etməlidi. Messinin yaşı artdıqca təsir gücü də azalacaq. O zaman Neymar bu komandanın liderinə çevriləcək".
Qeyd edək ki, Neymar "Mançester Yunayted" və "Çelsi"nin maraq dairəsindədi. Apasport.az