Açıq səma altında Plener
Aprelin 2 – də Art Villa qalereyasında "Açıq səma altında Plener 15" keçiriləcək. Qaleriyadan “Olaylar” – a bildirilib ki, Gənclər Şəbəkəsinin təşəbbüsü ilə, Azərbaycan İncəsənət Konsulluğunun ("Arts Council Azerbaijan"), Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan plener "İçəri Şəhərdə bahar" mövzusuna həsr edilib. Tədbir təkcə ənənəvi olaraq rəsm əsərlərinin açıq səma altında təbii işıq və şəraitdə yaradılmasını deyil, həm də açıq havada çoxsaylı rəssamların çalışmasını nəzərdə tutub. Burada gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edəcəklər.
30 Mart 2017 12:59 MədəniyyətAprelin 2 - də Art Villa qalereyasında "Açıq səma altında Plener 15" keçiriləcək. Qaleriyadan "Olaylar" - a bildirilib ki, Gənclər Şəbəkəsinin təşəbbüsü ilə, Azərbaycan İncəsənət Konsulluğunun ("Arts Council Azerbaijan"), Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan plener "İçəri Şəhərdə bahar" mövzusuna həsr edilib.
Tədbir təkcə ənənəvi olaraq rəsm əsərlərinin açıq səma altında təbii işıq və şəraitdə yaradılmasını deyil, həm də açıq havada çoxsaylı rəssamların çalışmasını nəzərdə tutub. Burada gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edəcəklər.
Plener sənətkarların özünü təkmilləşdirilməsi forması kimi gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədi ilə keçiriləcək.