Dəhşətli görüntülər: İŞİD uşaqdan qalxan kimi istifadə etdi - VİDEO 

Mosulda dronla çəkilən görüntülər dəhşətə gətirir. Videoda İŞİD terrorçusunun yolu keçən zaman güllələrə tuş gəlməsin deyə uşağı özünə "qalxan" tutması əks olunub. Görüntülər fevral ayından bu günə qədər azı 4 min vətəndaşın öldüyü Mosulun qərbində uçan drona düşüb.

Mosulda dronla çəkilən görüntülər dəhşətə gətirir. Videoda İŞİD terrorçusunun yolu keçən zaman güllələrə tuş gəlməsin deyə uşağı özünə "qalxan" tutması əks olunub. Görüntülər fevral ayından bu günə qədər azı 4 min vətəndaşın öldüyü Mosulun qərbində uçan drona düşüb.  Al-Masdar News-un verdiyi məlumata görə, sadəcə mart ayında Amerika hava hücumları nəticəsində 1000 nəfər öldürülüb. Videodan göründüyü kimi, terrorçu özünü mərmilərdən qorumaq üçün yolu keçərkən uşağı da özü ilə birlikdə "qalxan" əvəzi sürüyür. Görüntülər bitdikdən sonra terrorçuya və uşağa nə olması barədə məlumat yoxdur. İraq İnsan haqları idarəsi iddia edir ki, bu həftə ərzində 200 uşaq qaçırılaraq qalxan kimi istifadə olunub. Milli.az "Mirror"a istinadla xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31