İnternet oyunları uşaqları intihara aparır

Müasir dünyada virtual məkan gündəlik həyatımızın bir parçasına çevrilib. İstər böyüklər, istərsə də uşaqlar nootbuk, planşet, smartfonlar və digər rəqəmsal texnologiyalardan istifadə edir, internet, sosial şəbəkələr vasitəsilə ünsiyyət qururlar. Ona görə də internetin müsbət və mənfi təsirlərini bilmək və uşaqlara internetdən səmərəli və təhlükəsiz istifadə qaydalarını öyrətmək olduqca önəmlidir. 

Gənclər populyar oyunların təsiri altına düşür

Müasir dünyada virtual məkan gündəlik həyatımızın bir parçasına çevrilib. İstər böyüklər, istərsə də uşaqlar nootbuk, planşet, smartfonlar və digər rəqəmsal texnologiyalardan istifadə edir, internet, sosial şəbəkələr vasitəsilə ünsiyyət qururlar. Ona görə də internetin müsbət və mənfi təsirlərini bilmək və uşaqlara internetdən səmərəli və təhlükəsiz istifadə qaydalarını öyrətmək olduqca önəmlidir.  Mütəxəssislərin qənaətinə görə, virtual məkanda ünsiyyətin uşaqlar üzərində ən qabarıq təsirlərindən biri onların şifahi nitq qabiliyyətlərinin zəifləməsi, özlərini ifadə etməkdə çətinliklərin yaranmasıdır. Bəzən isə virtual məkanda vebsaytlardan, sosial şəbəkələrdən, yaxud onlayn oyunlardan qaynaqlanan zorakılıq riski real həyatdakı zorakılıqdan daha təhlükəli ola bilir. Zorakılığın təbliği, radikalizm, dini dözümsüzlük, terrorizm və ekstremizm uşaqların yaşadığı ailə, icma və cəmiyyət dəyərlərindən uzaqlaşmasına səbəb olur. Hazırda bir sıra ölkələrin üzləşdiyi digər bir təhlükəli məqam isə uşaqların terror təşkilatlarının onlayn təbliğat toruna düşməsi ilə bağlıdır. Məlumdur ki,cinayətkar qüvvələr internet vasitəsilə ən müxtəlif yaş, etnik və mədəni mənsubluğu olan şəxslərə təsir göstərə bilirlər. Uşaqların cinsi istismarına yalnız təcavüz deyil, qeyri-münasib çatlar, intim söhbətlər, yazışmalar, hətta şəkillərə edilən müəyyən şərhlər də daxildir. Yeniyetmələrin diqqət mərkəzində olmaq və ünsiyyət dairəsini genişləndirmək istəyi onların yad insanlarla münasibətlər qurmasına səbəb olur. Bu, real ünsiyyətdən heç də az təhlükəli deyil. Virtual məkanda uşaqlar həm nəzarətsiz, həm də çox həssasdırlar. Bu baxımdan yaranmış  vəziyyət müxtəlif dövlət strukturlarının bir-birilə əlaqəli fəaliyyətini özündə əks etdirən kompleks yanaşma tələb edir. Məhz bu yanaşma yetərincı olmadığından hazırda əksər uşaqlar internet oyunlarının təsiri altına düşüblər. Məlumat üçün qeyd edək ki, bu gün internet məkanında uşaqlara psixoloji təsir göstərə biləcək çoxlu sayda oyunlar yerləşdirilb ki, onlara aluda olmaq hətta intiharla nəticələnə bilər.

3D-oyunları gənclərin psixologiyasına mənfi təsir göstərir

Millət vəkili Sevinc Fətəliyeva bildirib ki, bu gün uşağların intiharlarının sayı artır və burada təbii ki, medyanın və internet resurslarının rolu böyükdür. Ona görə ki, hansı intihar növlərinin mövcud olması, bunun necə həyata keçirilməsi zorakılığların növləri kimi məsələlər  açıq şəkildə internetdə yayımlanır. Qrup şəklində, Youtube-da  və ya başqa vasitələrdə uşaqlar tərəfindən izlənilir və bir nümunə kimi bəzi hallarda qəbul edilir: "Son illər ərzində Azərbaycanda  çox böyük populyarlıq əldə etmiş bir internet oyunu  mövcuddur. Bu, "Mavi balina" adlı bir oyundur. Həmin oyun azyaşlı uşaqları intihara məcbur edən bir oyundur. O, psixoloji təsir vasitələri ilə müəyyən mərhələləri keçərək, uşaqların özünə fiziki zədə yetirməsi ilə intihara aparır. Mən düşünürəm ki, bu çox böyük bir faciədir. Uşaqlar valideynlərdən gizlin  bunu izləyir. Bunun hansısa formada tənzimlənmə metodu olmalıdır. İstərdim ki, milli qanunvericilikdə belə oyunların, çağırışların qarşısı alınsın". Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutundan bildirilib ki, sosial media üzərindən yayımlanan bir çox oyunlar və 3D-oyunları gənclərin psixologiyasına mənfi təsir göstərir. 3D sosial media ölkələr arasında rəqəmsal bərabərsizliyi kəskinləşdirir. Sosial media ünsiyyət və fayl mübadiləsi vasitəsi olduğumdan  sosial media veb əsaslı texnologiyalardan istifadə  ünsiyyəti interaktiv dialoqa çevirir. Xəbər saytları, sosial şəbəkələr, bloqlar, mikro-bloqlar, ani ünsiyyət proqramları, forumlar və s. sosial mediaya daxildir. 3D sosial media ənənəvi mediadan (qəzet, jurnal, radio və televiziya) vizuallığı və virtual reallıqlardan istifadəsi ilə fərqlənir.

Kompyüter oyunlarının uşaqlara mənfi təsiri

Psixoloqlar hesab edirlər ki, kompüter oyunları nəinki balacaları, həmçinin gənc nəsli və ortayaşlı insanları, bəzən hətta yaşlı insanları da özünə cəlb edir. Xüsusən müasir dövrdə futbol yarışlarından məntiqi oyunlara, avtomobil oyunlarından strategiya oyunlarına qədər necə oyun istəsən  yüzlərlə növdə tapmaq olur. Həm də zaman keçdikcə oyunlarda ən son texnologiya və qrafika zənginliklərinin əlavə olunması bu oyunların cəlbediciliyi daha da artırır. Belə olduqda təbii ki, uşaqların kopüter oyunlarına marağı da artır. Kompüter oyunlarının uşaqlara mənfi təsiri ondan ibarətdir ki, uzun müddət kompüter qarşısında oturmaq uşaqların sağlamlığına, xüsusən də gözlərinə ziyandır.  Bir çox hallarda nəzarət edilmədikdə uşaqlar oyuna o qədər aludə olurlar ki, nəticədə o oyundan asılılıq əmələ gəlir. Belə halda bu, xəstəliyə bənzəyir. Uşaqlar bəzən oyunlara o qədər vaxt sərf edir ki, dərslərini oxuya və digər sosial işlərlə məşğul ola bilmir. Bu qeyd edilən mənfi təsirlərinin hamısı birbaşa olaraq uşağın normadan artıq kompüter qarşısında oturması ilə əlaqədardır. Əgər valideynlər buna nəzarət edərsə, bu halda uşaqların kompüter oyunları oynamaqları onlara xeyir verə bilər. Lakin araşdırmalar göstərib ki, uşaqların kompüter almazdan öncə dərslərində göstərdikləri nəticələr kompüter aldıqdan sonra göstərdiyi nəcitələrdən daha yaxşı olur. Bununla belə, hər bir uşaq fərqli xarakterə, iradəyə və ağıla sahib olduğu üçün kompüterin həmin uşağa necə təsir edəcəyi də onun özündən asılıdır.

Valideyinlər nə etməlidir?

Mütəxəssislər hesab edirlər ki, uşaqları belə zərəli vərdişdən qotrumaq üçün maarifləndirici kampaniyalar aparmaq, "internetdən təhlükəsiz istifadə" proqramları həyata keçirmək lazimdır. Uşaqlarının yaşadığı mühiti daha yaxşı başa düşmələri üçün valideynlər internetdən istifadənin təməl prinsiplərini bilməlidirlər. Uşaqların internetdən istifadəsi ilə bağlı sərhədlər qoyulmalıdır. Hər bir istifadəçi və vətəndaş bilməlidir ki, virtual məkanda aqressiv davranış və başqalarının hüquqlarını pozan digər hərəkətlər barədə müvafiq qurumlara xəbər verilməlidir və buna nə qədər çox əməl olunarsa, internetdən istifadə hər birimiz üçün bir o qədər təhlükəsiz olacaq. Qeyd edilib ki, bir çox ölkələrdə internetdən təhlükəsiz istifadə ilə bağlı problemlərlə məşğul olan təşkilatlar mövcuddur. Belə təşkilatların fəaliyyətini dəstəkləmək və maarifləndirmə işlərində onlara yardım etmək çox vacibdir. Psixoloqlara görə, valideynlər uşaqlarının internetdən isifadəsinə ciddi nəzarət etməlidirlər. Xüsusən,  uşaqların kompüter qarşısında oturma müddətinə diqqət edilmlidir.  Araşdırmalar göstərir ki, 3-4 yaşlı uşaqlar kompüter önündə 25 dəqiqə, 5-6 yaşlı uşaqlar 35 dəqiqə, 7-8 yaşlı uşaqlar isə 40 dəqiqə otura bilərlər. Odur ki, valideyinlər uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra vacib addımları atmalıdırlar. Məlum olduğu kimi müasir dövrdə əxlaqsız saytlara girişi, əxlaqsız şəkilləri və videoları görüntüləməyi qadağan edən proqramlar və brauzerlər geniş yayılmaqadır. Övladı üçün kompüter aldıqda valideynin görəcəyi ilk iş belə proqramlardan və ya brauzerlərdən əldə edib kompüterə yükləməkdir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31