Erməni diasporu öz yalanları ilə dünyanı aldatmaqdadır
Ermənilərin XX əsrin əvvəllərində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımın 99 ili tamam olur. 1918-ci ilin martında baş verən bu soyqırımın ağrı-acısını Azərbaycan xalqı unutmur, onu hər il böyük hüznlə yad edir. Bolşevik və daşnakların vəhşicəsinə həyata keçirdikləri bu soyqırım təkcə Şimali Azərbaycanın hüdudları ilə kifayətlənməyib. Eyni zamanda Şərqi Anadolu, Cənubi Azərbaycanda da daşnaklar azərbaycanlılara amansız divan tutublar.
30 Mart 2017 14:07 SiyasətSərdar Ünsal: "Bunun adı türk düşmənçiliyidir"
Ermənilərin XX əsrin əvvəllərində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımın 99 ili tamam olur. 1918-ci ilin martında baş verən bu soyqırımın ağrı-acısını Azərbaycan xalqı unutmur, onu hər il böyük hüznlə yad edir. Bolşevik və daşnakların vəhşicəsinə həyata keçirdikləri bu soyqırım təkcə Şimali Azərbaycanın hüdudları ilə kifayətlənməyib. Eyni zamanda Şərqi Anadolu, Cənubi Azərbaycanda da daşnaklar azərbaycanlılara amansız divan tutublar. Türkiyədə fəaliyyət göstərən İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal ermənilərin 1918-ci ildə həyata keçirdikləri soyqırım barədə danışarkən "OLAYLAR"-a bildirib ki, ermənilər ümumilikdə soyqırımçı bir millətdir. Azərbaycanlılara qarşı həyata keçirilən bu soyqırımın heç vaxt unudlmayacağını deyən Sərdar Ünsal qeyd edib ki,təmsil etdiyi Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası da hər il bu acı tarixi təəssüf hissi ilə qeyd edir: "Ermənilərin amansız soyqırımlar törətdiklərini tarixi faktlar da təsdiqləyir. Aradan neçə on illər keçsə də, ermənilərin türk və müsəlmanlara etdiyi soyqırımları əsla unumayacağıq". Sərdar Ünsal qeyd edib ki, ermənilərin etdikləri qırğınlar azad dünyaya yaxşı izah edilməlidir: "Ermənilər yüz minlərlə Azərbaycan türkünü qətlə yetirmələrindən hər zaman utanmazcasına fəxr ediblər. Nə yazıqlar olsun ki, dünya, beynəlxalq birlik də ermənilərin bu həyasızlığına, insani cinayətlərinə göz yumublar. Bu gün Ermənistan adlanan bu ölkənin torpaqlarının 100-150 il əvvələ qədər Azərbaycanın əraziləri olduğu heç kimə sirr deyil. Həmçinin bu gün işğalçı ölkənin paytaxtı İrəvan zamanında türklərin, Türk əhalisinin daha sız yaşadığı bölgələrdən biri olduğunu hər kəs bilməkdədir". Sərdar Ünsal maraqlı bir tarix barədə də danışıb. Bildirib ki, 1920-ci ildə onun anası İrəvandakı evini erməni təqib və təzyiqlərdən dolayı tərk edib: "O illər 50 faizdən çox türkün yaşadığı İrəvanda bu gün bir Türk belə yaşamır. Soruşmaq lazımdır ki, bu necə olur? Dünyaya ədalət, haqq dərsi keçənlər bu suala cavab verməlidirlər". Sərdar Ünsal onu da qeyd edib ki, ermənilərin insani cinayətləri günümüzdə də davam edir və bu cinayətləri dünya yalnız seyr etməklə kifayətlənir: "Çox uzağa getməyək. 1992-ci il, fevral ayının 26-da ermənilərin Xocalıda həyata keçirdikləri soyqırıma nəzər yetirək. Əslində Xocalıda törədilən soyqırım 31 mart soyqırımının davamı idi. Çünki ermənilər bundan əvvəlki illərdə törətdikləri cinayətlərin bədəlini ödəmədiyi üçün bundan ruhlanmışdllar. Ancaq nə yazıq ki, dünya Xocalıda törədilən soyqırımı da tanımadı. Düzdür, az sayda ölkələr bu soyqırımı tanısa da, lakin ümumilikdə bəşəriyyət bu ağır, insanlıq əleyhinə cinayət törədənləri cəzalandırmadı. Əvəzində isə nə gördük? Bir sıra ölkələr erməni təssübkeşliyi göstərərək tarixdə baş verməyən bir hadisəni, 1915-ci ilin hadisələrini soyqırım kimi tanıdılar. Budurmu
dünyada ədalət? Budurmu insan haqlarına verilən qiymət?". Sərdar Ünsal 31 mart Azərbaycanlıların Soyqırım Gününün ölkəmizdə qeyd edilməsi, onun dünyaya çatdırılması istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin 26 Mart 1998-ci il tarixli Fərmanı ilə Azərbaycan parlamenti tərəfindən ermənilərin Azərbaycanda törətdikləri kütləvi qırğınların xatirəsini anmaq məqsədilə 31 Mart günü qeyd edildi". "Ermənilərin hər fürsətdə Türk düşmənliyi etdiyini ifadə edən Sərdar Ünsal "Bu gün erməni diasporu dünya dövlətlərini yalanlarla aldadaraq "Sözdə soyqırım yalanlarını parlamentlər da qəbul etdirməkdədir. Türkiyə və Azərbaycan diasporu da gerçək olan soyqırımları XXI əsrdə azad dünyanın gözü qarşısında Xocalıda reallaşan soyqırımı tanıtmalıdır. Bu gün Ermənistan diasporu boş durmamaqta yalanları ilə dünya ictimaiyyəti aldatmaqdadır. Bunun adı isə Türk düşmənçiliyidir. Ona görə də hamımız bir olub bu düşmənçiliyə qarşı inadlı, əzmkar mübarizə aparmalıyıq. Əks halda məğlub tərəf biz olacağıq. Türkə isə məğlubiyyət yaraşmır".
Süleyman İsmayılbəyli