“Günəşli” yatağında aparılan təmir işləri yüksək nəticə verib

“Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədi ilə fəaliyyətsiz fondda olan quyuların təmiri üzrə ardıcıl tədbirlər həyata keçirir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Günəşli” yatağında da quyu fondunun genişləndirilməsi istiqamətində mühüm işlər görülür.

"Azneft" İstehsalat Birliyi hasilatın artırılması məqsədi ilə fəaliyyətsiz fondda olan quyuların təmiri üzrə ardıcıl tədbirlər həyata keçirir. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, "Günəşli" yatağında da quyu fondunun genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Yataqda iki həftə ərzində 19 saylı dərin dəniz özülündə 28 nömrəli quyu, 8 saylı dərin dəniz özülündə 288 nömrəli quyu, 13 saylı dərin dəniz özülündə isə 352 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir. Quyular ümumilikdə sutkalıq 150 ton neft və 100 000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib. İstismar işləri Birliyin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31