Timati futbol klubu təsis etməyə hazırlaşır
Timati adı ilə tanınan musiqiçi Timur Yunusov Moskvada futbol klubu və agentliyi təsis etmək istəyir. Bu layihənin birinci ilinə 10 milyon rus rublu sərmayə qoymaq planlaşdırılır. 3-5 ildən sonra yaradılacaq futbol klubuna ad hələ seçilməyib. Timati ilə birlikdə "Black Star" şirkətinin rəhbəri Pavel Kuryanov yeni təsis olunacaq futbol klubunda yerli, gənc oyunçulara üstünlük verəcəklərini diqqətə çatdırıb.
30 Mart 2017 14:10 İdmanTimati adı ilə tanınan musiqiçi Timur Yunusov Moskvada futbol klubu və agentliyi təsis etmək istəyir. Bu layihənin birinci ilinə 10 milyon rus rublu sərmayə qoymaq planlaşdırılır. 3-5 ildən sonra yaradılacaq futbol klubuna ad hələ seçilməyib. Timati ilə birlikdə "Black Star" şirkətinin rəhbəri Pavel Kuryanov yeni təsis olunacaq futbol klubunda yerli, gənc oyunçulara üstünlük verəcəklərini diqqətə çatdırıb.
Bu layihəni Rusiya Futbol Federasiyası da bəyənib. Qurum bunun uşaq futbolunun inkişafına kömək edəcəyinə inandığını bildirib. Goal.az