Öldürdüyü həyat yoldaşını gizlicə dinləyirmiş - "Demədimmi başımı yerə soxma"

Türkiyənin Bursa şəhərində boşanma iddiası açdıqdan sonra 16 illik həyat yoldaşını 15 bıçaq zərbəsi ilə öldürən Tahsin Taner Açıkgöz haqqındakı prokurorluq istintaqı başa çatıb.

Türkiyənin Bursa şəhərində boşanma iddiası açdıqdan sonra 16 illik həyat yoldaşını 15 bıçaq zərbəsi ilə öldürən Tahsin Taner Açıkgöz haqqındakı prokurorluq istintaqı başa çatıb.

Hazırlanan iddianamədə Tahsin Taner Açıkgözün oğlu vasitəsiylə evə gizlicə dinləmə cihazı yerləşdirib haqqında toxunulmazlıq qərarı çıxarılanFatma Açıkgözü dinlədiyi deyilir. 

Həyat yoldaşını öldürməmişdən öncə Tahsin Taner Açıkgözün Fatmaya "Mən sənə demədimmi ki, mənimlə oğlumun başını "yerə soxma?". Dəyərdimi bir Allahsıza görə bizi parçalamağa?" ifadələrini işlətdiyi dinləmə cihazına qeyd edilib.

Qeyd edək ki, 35 yaşlı Fatma Açıkgöz 3 uşaq anasıydı. Milli.az Milliyet-ə istinadən xəbər verir.

​​​​​​​

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31