Məhkəmələrin bir qismi subyektiv qərar verir

“Bu gün məhkəmələrdə 700 min iş var. Bu işlərin 40%-i, yəni 280 mini bank-müştəri münasibətləri ilə bağlıdır”. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq kimitəsinin iclasında millət vəkillərinin qaldırdığı məsələlərə mövqeyini açıqlayarkən deyib.

"Bu gün məhkəmələrdə 700 min iş var. Bu işlərin 40%-i, yəni 280 mini bank-müştəri münasibətləri ilə bağlıdır". Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq kimitəsinin iclasında millət vəkillərinin qaldırdığı məsələlərə mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, yüksək gəlirlilik dövründə banklarda izafi gəlirlilik olub: "Həmin dövrdə məsuliyyətsiz borclanma var idi. Düzdür, bununla bağlı qınaqlar haqlıdır. Biz məsuliyyətsiz  borclanmanın qarşısını almaq üçün kreditlərdə insanların aylıq ödənişlərinin gəlirlərə nisbətinin nəzərə alınmasını məqsədəuyğun hesab etdik. Ümumiyyətlə, borcları birdən-birə bağışlamaq olmaz. Çünki, bunun mənbəyində banklarda yatırılmış əmanətlər qalır". Palata sədri əlavə edib ki, kreditlər ödənilmədiyi təqdirdə banklardakı əmanətlər geri qaytarmaq mümkün deyil. "Millət vəkilləri bəyan etdilər ki, 3 il 4 ay qanun çərçivəsində proses uzanır. Mən isə bankın əmanətçisiyəm. Bank da deyir ki, mən  krediti sənin qardaşına vermişəm, o isə ödəmir. Mən məhkəmələri günahlandırmıram. Məhkəmələrdəki işlərin bir qismi obyektivdir, bir qismi isə subyektivdir. Bəzi insanlar, biznes subyektləri krediti ödəməkdə çətinlik çəkir. Amma subyektiv hallar da var. Bütün bunlar hüquqi müstəvidə həll olmalıdır". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31