Deputat: “Bank Standard” külli miqdarda depoziti əmanətçilərə qaytarmır”
“Bank Standard” sığortalanmayan külli miqdarda depoziti bu gün də əmanətçilərə qaytarmır”. “Olaylar xəbər verir ki, bunu millət vəkili İlham Əliyev bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
30 Mart 2017 14:43 Sosial"Bank Standard" sığortalanmayan külli miqdarda depoziti bu gün də əmanətçilərə qaytarmır". "Olaylar xəbər verir ki, bunu millət vəkili İlham Əliyev bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. Onun sözlərinə görə, hələ Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvləri seçilən zaman problemli kreditlərlə bağlı onlara sula verilsə də, onlar çiyinlərini çəkərək bildiriblər ki, bu, artıq səlahiyyətlərinə aid deyil: "Bunlar artıq Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətinə olan məsələdir. Ona görə də sualları onlara ünvanlayın, dedilər. Rüfət müəllim, ona görə demək istəyirəm ki, problemli kreditlər cəmiyyətdə insanlar arasında ciddi naraılıq yaradıb". İ. Əliyev deyib ki, banklar əhalinin maliyyə savadsızlığından istifadə edərək, onları şirnikləndirici müqavilələrə imza atdırıblar: "İnsanlar da müqavilənin şərtlərinin detallarından xəbərdar olmadığından sonda bunun acı fəsadlarını çəkməyə məcbur olublar". Millət vəkili daha ciddi bir məqam kimi bankların depozit qəbul edən zaman etdikləri qanunsuzluğu dilə gətirib: " Konkret olaraq deyim ki, belə hallar "BankStandard"-da yaşanıb. Belə ki, bu bankda mütəriyə depozit yerləşdirən zaman bildirblər ki, əgər siz əmanətlərini sığotlayacaqsınızsa, o zaman sizə aşağı faizlə depozit veriləcək. Yox, əgər sığorta edilməyəcəksə, o zaman yüksək faiz alacaqsınız. Insanlar da "Bank Standard"-ın yaxşı fəaliyyət göstərən bank olduğunu bildiyindən, daha yaxşı fazi almaq üçün depozitlərini sığortalamayıblar. İndi isə əmanətçilərin depozitləri sığortalanmadığı üçün əmanətlərini ala bilmirlər. Özü də burada külli miqdarda vəsaitdən söhbət gedir". Millət vəkili onu da bildirib ki, rayonlarda vətəndaşlara kredit verən zaman müqavilədə kredtin necə qaytarılması ilə bağlı şərtlər göstərilməsə də, kredit qaytarılan zaman bəlli olur ki, dolların bugünkü kursuna uyğun qaytarılmalıdır: "Müştəri də krediti qaytara bilməyəndə onun əmlakı borcun ödənilməsinə yönəldilir. Bu da ciddi problemlər yaradır. Bu, günümüzün reallığı olduğundan, bunun həlli yolları tapılmalıdır".