Mütəxəssislər “Xəstəliklərin Beynəlxalq Təsnifatı” dan istifadə edə bilərlər

Müəyyən edilmiş meyarlar əsasında ayrı-ayrı patoloji halların daxil edildiyi qruplaşdırmalar sistemi olan "Xəstəliklərin Beynəlxalq Təsnifatı" Səhiyyə Nazirliyini rəsmi internet səhifəsində e-səhiyyə portalında yerləşdirlib. Nazirlikdən "Olaylar" - a bildirilib ki, xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışına (XBT - 10) daxil olan XXI sinifdən ibarət xəstəlik kodlarını və açıqlamalarını özündə əks etdirir.

Təsnifatdan istifadə sadə üsulla, qeydiyyat tələb etmədən istifadə olunur. Xəstəliklərin Beynəlxalq Təsnifatından tibb mütəxəssisləri hər-hansı bir xəstəliyin kodunu öyrənə və əksinə kodun qarşılığını (xəstəliyin adını) öyrənə bilər.

Xbt-10 ilə bu link http://www.sehiyye.gov.az/files/pdf/XBT_10_III_cild.pdf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31