Əmək Nazirliyi Tərtərdə 5 fərdi yaşayış evini Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verib
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin yeni mənzillərlə təminatı işləri Tərtər rayonunda davam etdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu rayonda inşa etdirilmiş 5 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Fərdi yaşayış evlərindən 2 ədədi Qarabağ müharibəsi əlillərinə, 3 ədədi isə şəhid ailələrinə təqdim olunub.
30 Mart 2017 14:41 SosialAzərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin yeni mənzillərlə təminatı işləri Tərtər rayonunda davam etdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu rayonda inşa etdirilmiş 5 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Fərdi yaşayış evlərindən 2 ədədi Qarabağ müharibəsi əlillərinə, 3 ədədi isə şəhid ailələrinə təqdim olunub.
Evlərin istifadəyə verilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev, Tərtər rayon İH-nin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin uzunmüddətli tərəqqisini stimullaşdıran sosial-iqtisadi siyasətinin nailiyyətlərindən bəhs olunub, bu siyasətin ilk növbədə ölkə vətəndaşlarının sosial firavanlığının təminatına xidmət etdiyi vurğulanıb.
Tədbirdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin digər sahələrdə də dövlət qayğısı ilə əhatə olunduqları, onlara yönələn sosial müdafiə tədbirlərinin ildən-ilə gücləndirildiyi vurğulanıb.
Yeni mənzillə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri əhalinin sosial təminatının gücləndirilməsi, sosial cəhətdən həssas qruplara diqqət və qayğının artırılması sahəsində Azərbaycanda aparılan dövlət siyasətindən razılıq hissi ilə bəhs ediblər. Onlar müharibə əlilləri və şəhid ailələrinin sosial təminatlarının artırılması, yaşayış şəraitlərinin yaxşılaşdırılması yönündə həyata keçirilən tədbirlərə və bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Sonra müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı fərdi yaşayış evlərinə baxış olub.