Elbrus Əlizadənin biblioqrafiyası çap olundu

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu tərəfindən direktorun  elmi işlər üzrə sabiq müavini, görkəmli coğrafiyaşünas alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, AMEA-nın müxbir üzvü, coğrafiya üzrə elmlər doktoru, professor Elbrus Kərim oğlu Əlizadənin biblioqrafiyası çapdan çıxıb.

Kitabda alimin elmi və elmi-təşkilatı fəaliyyəti, elmi əsərlərinin xronoloji göstəricisi, tədris-metodiki əsərləri, mətbuatdakı publisistik və elmi-kütləvi çıxışları, dissertasiyalara elmi rəhbərlik, elmi hesabatları, ən mühüm elmi nəticələri, qrant işləri, monoqrafiyaları  haqqında məlumatlar yer alıb. Kitabın sonunda səbəbkarın həyat və fəaliyyətini əks etdirən şəkillərdən ibarət fotoxronologiya verilib.

Biblioqrafiya akademik R. Məmmədovun redaktorluğu ilə  Azərbaycan, ingilis və rus dillərində "Avropa" nəşriyyatında çap edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31