Azərbaycanın BƏT-in 2017-2020-ci illər üçün Rəhbər Orqanının (İLO Governing Body) üzvlüyünə namizədliyi irəli sürülüb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin gələcəyi” təşəbbüsü üzrə milli dialoq çərçivəsində keçirilən tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan  BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Haynts Kölerlə görüşüb.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Əməyin gələcəyi" təşəbbüsü üzrə milli dialoq çərçivəsində keçirilən tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan  BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Haynts Kölerlə görüşüb. "Olaylar" xəbər verir ki, naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatların ölkəmizdə dayanıqlı  sosial-iqtisadi inkişafın təmin olunmasına şərait yaratdığını vurğulayıb: "Dünya iqtisadiyyatı üçün çətin keçən 2016-cı il Azərbaycanda dərin iqtisadi islahatlar ili oldu. Ölkədə iqtisadi sabitləşməyə imkan verən həmin islahatların uğurları artıq özünü göstərir, cari ilin yanvar-fevral aylarında respublikada 0,4 faiz iqtisadi artım qeydə alınıb". Nazir eyni zamanda ölkədə əməkhaqlarında artım dinamikasının cari ildə də davam etdiyini, təkcə bu ilin yanvar ayında muzdla çalışanların orta aylıq nominal əmək haqqının əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artdığını diqqətə çatdırıb. Ölkəmizdə əmək və məşğulluq sahəsində aparılan siyasətin inkişaf etdirilməsində BƏT-lə birgə aparılan işlərin əhəmiyyətini qeyd edən S.Müslümov Azərbaycanın bu təşkilatın təşəbbüs və layihələrinə həmişə fəal şəkildə qoşulduğunu diqqətə çatdırıb. Azərbaycanın BƏT-lə əməkdaşlığı daim genişləndirmək əzmində olduğunu qeyd edən S.Müslümov ölkəmizin BƏT-in 2017-2020-ci illər üçün Rəhbər Orqanının (İLO Governing Body) üzvlüyünə namizədliyini irəli sürdüyünü, cari ilin iyun ayında keçiriləcək seçkilərdə bu namizədliyin dəstək qazanacağına əminliyini ifadə edib. Nazir hazırda BƏT-in Cenevrə şəhərində yerləşən Katibliyində Azərbaycan vətəndaşlarının çalışmadığını və ölkəmizdə yüksək səviyyəli mütəxəssislərin olduğu nəzərə alınmaqla, gələcəkdə BƏT-də çalışan heyətin tərkibində  Azərbaycandan olan əməkdaşın da işləməsinə imkan yaradılması məsələsini H.Kölerin diqqətinə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31