Gündəm
Deputat: "Azərbaycan iqtisadiyyatını artıq qeyri-neft sektorunun inkişafı üzərində qurub"
"Azərbaycan artıq özünün iqtisadi siyasətini konseptual formada qeyri-neft sektorunun inkişafı üzərində qurub". Bunu Milli Məclisin deputatı Rüfət Quliyev deyib. R.Quliyev bildirib ki, Prezident İlham Əliyev pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıda duran vəzifələri müəyyən etdi.
"Qarabağ"sız Azərbaycan yığması
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Hazırlıq prosesində 24 futbolçu iştirak edəcək. Aprelin 2-də start götürəcək toplanış ayın 9-dək davam edəcək. Millinin hazırlıqları Bakıda gerçəkləşəcək.
Dini Komitədə 31 mart qurbanları anılıb
Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə DQİDK-nın sədri, sədr müavinləri, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
Salyan-Şirvan avtomobil yolunun 6 km-lik hissəsi hazırdır
İstismar müddəti bitmiş olan respublika əhəmiyyətli Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması işləri “Azəravtoyol” ASC tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə davam etdirilir. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, hazırda sözügedən ərazidə yol əsasının tikintisi işləri aparılır.
Kredit təşkilatlarına məqsədli kreditlər dayandırılacaq
"Azərbaycan Mərkəzi Bankı haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb.”Olaylar” xəbər verir ki, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Mərkəzi Bankı haqqında” qanun layihəsi müzakirə olunub.
Gözün buynuzlu qişasını ölkəyə kim gətirə biləcək?
Azərbaycanda gözün buynuz qışasının bankı yaradılmalıdır və bu məsələ yaddan çıxarılmamalıdır. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib. Ə. Əmiraslanov bildirib ki, buynuz qişası bankının yaradılımasının ən böyük ağırlığı Oftolmologiya Mərkəzinin üzərinə düşür.
Banklar 65 yaşdan yuxarı insana kredit vermir
“Biz manatın bu gün müvəqqəti sabitləşdirilməsinin əziyyətini 2-3 aydan sonra çəkəcəyik”. “Olaylar” xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Türkiyə səfiri BMAM rəhbərliyilə görüşüb
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov və Mərkəzin rəhbər heyəti bu gün Türkiyənin Azərbaycandakı səfirliyində cənab səfir Erkan Özoralı ilə görüşüblər. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə bir çox məsələlər ətrafında müzakirələr aparılıb.
BŞTİ-də könüllülərə arayış təqdim olunub
Martın 30-da Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) üçüncü könüllülük proqramında iştirak etmiş 35 gəncə arayışlar təqdim olunub. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva ölkəmizdə könüllülük proqramının geniş vüsət aldığını qeyd edib.
Mərkəzi Elmi Kitabxanada təqdimat
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə mart ayı ərzində MEK-ə daxil olan yeni sənədlərin təqdimatı keçirildi. Kitabxanadan “Olaylar” – a bildirilib ki, MEK-in Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü fondlarda saxlanılan incilərin, şəxsi kitab kolleksiyalarının, yeni sənədlərin təqdimatlarının ənənəvi olaraq hər həftə keçirildiyini qeyd etdi.
Rusiya XİN ötən ilin aprelində Dağlıq Qarabağda baş vermiş toqquşmaların ildönümü ilə bağlı bəyanat verəcək
Rusiya Xarici İşlər Nazirliyi ötən ilin aprelin 2-də Dağlıq Qarabağda münaqişənin eskalasiyasının ildönümü ilə bağlı bəyanat hazırlayacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Zərərçəkmiş: "Cinayət işi başlamamaq üçün MTN-də məndən 50 min manat aldılar"
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdən sonra S. Qurbanovun vəkili Azər Tağıyev jurnalistlərə açıqlama verib. Vəkilin sözlərinə görə, iclasda zərərçəkmiş şəxslərdən Aslan Cahangirov və Elxan Hüseynov ifadə verib. A. Cahangirov bildirib ki, Dubaydan 95 min manatlıq qızıl alıb. Həmin qızılları gömrükdən keçirmək üçün Elxan Hüseynova verib, özü isə Dubayda qalıb. E. Hüseynov Bakıya gəldikdən sonra təqsirləndirilən şəxslərdən Fizuli Əliyev və Natiq Əliyev onu MTN-ə aparıblar. Daha sonra A. Cahangirov Bakıya gəlib. Onu da MTN-ə apararaq qaçaqmalçılıqla məşğul olduğunu deyiblər və cinayət işi başlamamaq üçün ondan əlavə olaraq 50 min manat tələb ediblər. O da həmin pulu verib.
Bəhruz Quliyev: "Xalq-hakimiyyət birliyi real işin məntiqi nəticəsidir"
“Saatlıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsini keçirməsi və orada bir çox mühüm fikirlərlə yanaşı, xalq-iqtidar birliyinin möhkəm dayaqlara söykənməsi barədə irəli sürüdüyü tezisləri ifadə etməsi özündə bir çox əhəmiyyətli məqamları ehtiva etməkdədir”. Bu fikirləri siyasi ekspert Bəhruz Quliyev sözügedən müşavirədə ölkə başçısının qeyd etdiyi fikirləri şərh edərkən deyib.
Liberman: "Azərbaycanla İsrail arasında münasibətlər gələcəkdə də inkişaf edəcək"
"Azərbaycan təkcə İsrailin strateji tərəfdaşı deyil, həm də dinlərarası və millətlərarası tolerantlığın nümunəsidir". Bunu İsrailin müdafiə naziri, keçmiş xarici işlər naziri Aviqdor Liberman Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik çıxışında deyib.
Azərbaycan IV İslam Həmrəylik Oyunlarında da mükəmməl peşəkarlığını bir daha nümayiş etdirəcək
Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) tərəfindən PwC şirkətinin dəstəyi ilə Palatanın üzvləri üçün təşkil edilən ənənəvi aylıq işgüzar naharın qonağı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov olub.














