Banklar 65 yaşdan yuxarı insana kredit vermir
“Biz manatın bu gün müvəqqəti sabitləşdirilməsinin əziyyətini 2-3 aydan sonra çəkəcəyik”. “Olaylar” xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
30 Mart 2017 16:20 İqtisadiyyatDeputat: "Bu, hansı qanunda yazılıb?"
"Biz manatın bu gün müvəqqəti sabitləşdirilməsinin əziyyətini 2-3 aydan sonra çəkəcəyik". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. Onun sözlərinə görə, manatla dolların məzənnəsində sabitləşmə gedir: "Çünki pul qıtlığı yaratmısız. Ölkədə kredit verilmədiyindən real sektor inkişaf etmir. Biz bunun əziyyətini 2-3 aydan sonra görəcəyik. Onda görüm necə saxlanılacaq manatın sabitliyi?" V. Əhmədov əlavə edib ki, bank sektoru bizim ən ağrılı yerimizdir: "Bizim iradlarımız həddən artıq böyükdür. Baxın, məhkəmələrdə bizim insanlar nə qədər əziyyət çəkir. İnsanlar məhkəmələrin qapılarında dayanır. Bu prosesi axıra çatıdrmaq lazımdır. Pulu xısıb saxlamaqla real sektoru, qeyri-neft sektorunu inkişaf etdirmək mümkün deyil". Millət vəkili əlavə edib ki, düzdür, bu sahədə xeyli işlər görülsə də, amma bank sistemi faktiki olaraq dayanıb və işləmir. Problemli kreditlər məsələsinə toxunan V. Əhmədov deyib ki, vaxtı keçmiş kreditlərin həcmi 1,5 milyard manata çatıb:"İndi deyəcəksiniz ki, müəyyən qədər azalma var. Problemli kreditlərdə ona görə azalma var ki, bank sektoru faktiki kredit vermir. Banklar bu gün 65 yaşından yuxarı insana kredit vermir.Banklar deyir ki, 65 yaşdan yuxarı insan kredit götürə biməz. Bu, hansı qanunda yazılıb? Bəlkə onun 1000 manata ehtiyacı var? Deyirlər ki, Palatadan göstəriş var. Bundan başqa, əgər müştərinin məvacibi 300 manatdırsa, 600 manatdan artıq kredit verilmir. Niyə artıq məbləğdə kredit verilməməlidir ki? Bankların qeyri-qauni hərəkətləri var. Bank sistemindən kredit almaq sərbəst deyil. Kredit götürmək qeyri-mümkündür. Bank sektorunda problemlər var".