Gözün buynuzlu qişasını ölkəyə kim gətirə biləcək?

Azərbaycanda gözün buynuz qışasının bankı yaradılmalıdır və bu məsələ yaddan çıxarılmamalıdır. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib. Ə. Əmiraslanov bildirib ki, buynuz qişası bankının yaradılımasının ən böyük ağırlığı Oftolmologiya Mərkəzinin üzərinə düşür.

Azərbaycanda gözün buynuz qışasının bankı yaradılmalıdır və bu məsələ yaddan çıxarılmamalıdır. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib. Ə. Əmiraslanov bildirib ki, buynuz qişası bankının yaradılımasının ən böyük ağırlığı Oftolmologiya Mərkəzinin üzərinə düşür. Hazırkı məqamda isə Azərbaycanda xəstələrin buynuz qişasına  və onun ölkəyə xaricdən gətirilməsinə ehtiyacın olduğunu deyən Ə.Əmiraslanov əlavə edib ki, bu məqsədlə  "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı" ilə yanaşı, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanuna dəyişikliklərin edilməsi vacibdir. Bu məqsədlə MM-də xüsusi Işçi Qrupun yaradıldığını deyən Ə.Əmiraslanov deyib ki, hazırda gözün buynuz qişası üçün materilların ölkəyə gətirilməsi qanunla qadağandır: "Lakin buynuz qışasının başqa orqanlardan fərqi çoxdur. Bu transplantı ölkəyə idxal etmək olar. Bu məqsədlə yaradılan Işçi Qrupu müəyyən etdi ki, qanunverilcikdə bunun üçün dəyişiklik etmək lazımdır. Təkliflər müvafiq quruma göndərildi və müsbət rəy alındı. Bundan sonra biz belə qərar gəldik ki, bu dəyişiklikləri komitədə müzakirə edək. Yeni dəyişikliklərlə biz bu transplatın ölkəyə gətirilməsinə icazə veririk. Lakin kim istəsə, onu gətirə bilməz. Onun müvafiq icra orqanlarının, yəqin ki, Səhiyyə Nazirliyinin icazəsindən sonra ölkəyə gətirilməsi mümkün olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31