Gündəm
“Beynəlxalq Bank”ın İH sədrinin müşaviri: “Cahangir Hacıyevin göstərişi ilə şirkətlərə Dünyamin Xəlilov nəzarət edirdi"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən dan kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Proses hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib.
Bakının sürüşmə təhlükəsi olan əraziləri açıqlanıb
“Böyük Bakı ərazisində sürüşmə, yarğan-qobu şəbəkəsi, abraziya və eol prosesləri kimi ekzogen geomorfoloji proseslərin ətraflı öyrənilib. Nəticədə Xətai rayonunun Əhmədli qəsəbəsi, Masazır qəsəbəsi, Yeni Günəşli yaşayış massivi, Ukrayna yamacı, Kərpic zavod ərazisi, Zığ, Gəncə prospekti, Bayıl yamacı və Badamdar qəsəbəsinin sürüşmə təhlükəli ərazilər olduğu məlum olub”.
Mart qırğınları azərbaycanlılara qarşı planlı şəkildə həyata keçirilən soyqırımdı
AMEA Naxçıvan Bölməsində “Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti” mövzusunda keçirilən elmi konfransda əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Akademiyadan“Olaylar2 – a bildirilib ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev 1918-ci ilin mart ayında ermənilər tərəfindən Bakı ilə yanaşı, Azərbaycanın digər şəhərlərində, Şamaxıda, Qubada, Qarabağda, Naxçıvanda, Zəngəzurda, ümumilikdə azərbaycanlılar yaşayan başqa bölgələrdə dinc əhaliyə qarşı tarixdə görünməmiş kütləvi qətl və qırğınlar barəsində ətraflı məlumat verib.
Demokratik cəmiyyətlərin əsas prinsiplərdən biri fikir və söz azadlığının təminatıdır
Bu gün dünyada mətbuatın inkişafı ilə bağlı maraqlı tendensiyalar müşahidə edilir. Artıq media yeni, müasir dövrə uyğunlaşır. Yəni İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bütün sahələrdə olduğu kimi mediaya da təsirsiz ötüşmür. Əgər 20 il öncə televiziya və kağız mətbuatı üstünlük təşkil edirdisə, bu gün eyni fikri söyləmək çətindir. Günümüzdə əsas güc internet medianın üzərinə düşür. Son illərin yeni tendensiyası hesab olunan sosial media isə ən yeni növ kimi dünyanı bürüyüb.
Deputat: "Azərbaycanda iqtisadi inkişaf yerlərdə ixtisaslı kadrlara tələbatı artırır"
"Azərbaycanda peşə hazırlığı məsələsi vacib olan istiqamətlərdən biridir və bununla bağlı dövlət proqramı da təsdiq olunub". Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
BMT-Azərbaycan: 25 illik əməkdaşlığın əsas məqamları
Xülasə: Məqalədə Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan münasibətlərinin həm xronoloji aspekti, həm də konkret nəzəri tərəfləri təhlil edilib. Müəllif Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə hazırladığı siyasi kursun ümumi cəhətlərinin analizini aparıb. Azərbaycanın müstəqilliyi mərhələsində mötəbər beynəlxalq təşkilatla müasir tələblərə cavab verən münasibətlər sisteminin qurulması üçün Heydər Əliyevin qlobal geosiyasətin reallıqları ilə regional gerçəkliyi Azərbaycanın milli maraqları ilə uyğunlaşdırmaq üçün üç ümumi prinsip müəyyənləşdirdiyi xüsusi vurğulanıb.
İSİM-də "2 aprel - Ümumdünya Autizm Günü"
Yer Elmləri bölməsində iclas
Gənclər üçün müsabiqəsi elan edilir
Putin Trampla görüşməyə hazırdır
Rusiya prezidenti Vladimir Putin Finlandiyada keçiriləcək Arktika şurasının forumunda iştirak etməyə və orada ABŞ prezidenti Donald Trampla görüşməyə hazır olduğunu bəyan edib.
Cəlilabadda evlər təhlükə qarşısında
Cəlilabad rayonunda yeni sürüşmə sahələri əmələ gəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun verdiyi məlumata görə, rayonun Çinar, Soyuqbulaq və Albalan kəndlərində yeni sürüşmə sahələri yaranıb.
Cəlilabadda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Martın 30-da bu istiqamətdə növbəti tədbir - sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum Cəlilabad rayonunda keçirilib. 100-ə yaxın sahibkarın iştirak etdiyi forumda Cəlilabad rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan iri fermer, intensiv kartofçuluq, üzümçülük, pambıq, soya, noxud və mərci əkini təsərrüfatlarının, çiyələk emalı və quru meyvə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
“Terror multikulturalizmə qarşı: 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü”
Martın 30-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Elmi - Metodiki Şurasının nəzdində fəaliyyət göstərən Daimi Elmi Seminar (DES) “İslam Həmrəyliyi İli” çərçivəsində “Terror multikulturalizmə qarşı: 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü” mövzusunda növbəti tədbiri keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, Fransanın Sofiya-Antipolis Universitetindən gələn alimlərin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşlarının, ziyalı və tələbələrin də iştirak etdiyi elmi seminarı tədbiri DES-in sədri, professor Etibar Nəcəfov açıb. Moderator ötən ilin yayında Azərbaycan xalqının, eləcə də bir çox xalqların məruz qaldığı dəhşətli erməni terrorunun acı nəticələrini dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmaq və beynəlxalq səviyyədə terrora qarşı mübarizənin vacibliyini önə çəkmək məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin respublikamızda, eləcə də müxtəlif ölkələrdə “Terror multikulturalizmə qarşı” layihəsinə start verdiyini diqqətə çatdırıb.
BDU-da “Abay” kitabının təqdimat mərasimi keçirilib
Bakı Dövlət Universitetinin Abay Kunanbayev adına Qazax Mərkəzində “Abay” kitabının təqdimat mərasimi keçirilib. Türkdilli Ölkələrin Parlament Asambleyası, Qazaxıstanın Azərbaycandakı səfirliyi və Bakı Dövlət Universitetinin ortaq layihəsi əsasında işıq üzü görən kitabın təqdimat mərasimində çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov böyük qazax şairi, yazıçısı, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevin Azərbaycan dilinə tərcümə olunmuş əsərlərinin toplandığı kitabı yüksək dəyərləndirib. Kitabın nəşrinin Azərbaycan-Qazax ədəbi əlaqələrinin inkişafı istiqamətində növbəti böyük hadisə olduğunu, Abayın müxtəlif dövrlərdə Azərbaycan şairləri tərəfindən tərcümə edilmiş onlarla şeiri və üç poemasının latın qrafikası ilə çap olunduğunu təqdirəlayiq hal kimi qiymətləndirib.
ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan dəyirmi masa keçirilib
Martın 30-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Sosial elmlər, Beynəlxalq münasibətlər və Regionşünaslıq kafedralarının birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan dəyirmi masa keçirilib.














