Mart qırğınları azərbaycanlılara qarşı planlı şəkildə həyata keçirilən soyqırımdı

AMEA Naxçıvan Bölməsində “Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti” mövzusunda keçirilən elmi konfransda əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Akademiyadan“Olaylar2 – a bildirilib ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev 1918-ci ilin mart ayında ermənilər tərəfindən Bakı ilə yanaşı, Azərbaycanın digər şəhərlərində, Şamaxıda, Qubada, Qarabağda, Naxçıvanda, Zəngəzurda, ümumilikdə azərbaycanlılar yaşayan başqa bölgələrdə dinc əhaliyə qarşı tarixdə görünməmiş kütləvi qətl və qırğınlar barəsində ətraflı məlumat verib.

AMEA Naxçıvan Bölməsində "Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti" mövzusunda keçirilən elmi konfransda əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Akademiyadan"Olaylar2 - a bildirilib ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev 1918-ci ilin mart ayında ermənilər tərəfindən Bakı ilə yanaşı, Azərbaycanın digər şəhərlərində, Şamaxıda, Qubada, Qarabağda, Naxçıvanda, Zəngəzurda, ümumilikdə azərbaycanlılar yaşayan başqa bölgələrdə dinc əhaliyə qarşı tarixdə görünməmiş kütləvi qətl və qırğınlar barəsində ətraflı məlumat verib. Tədbirdə Mir Möhsün Nəvvabın "1905-1906-cı illər erməni müsəlman davası", Məmməd Səid Ordubadinin "Qanlı illər" adlı dəyərli kitablardan və digər tədqiqat əsərlərindən bəhs olunaraq bildirilib ki, kitablarda saxtakar ermənilərin təcavüz siyasətlərini təsdiq edən olduqca çox mühüm tarixi sənədlər işıqlandırılıb. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrinə ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərmanla hüquqi-siyasi qiymət verilib.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Emin Şıxəliyev "XX yüzilliyin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar", həmin institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev "Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti (1918-1920-ci illər)", tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev "Ümummilli lider Heydər Əliyev və azərbaycanlıların soyqırımı və deportasiyası məsələsi", elmi işçi, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə "Ermənilərin azərbaycanlılara qarşı ərazi iddialarında Naxçıvan", tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov "Azərbaycanlıların indiki ermənistan ərazisindən deportasiyası və onun nəticələri" mövzusunda məruzələrlə çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31