İSİM-də "2 aprel - Ümumdünya Autizm Günü"

Martın 30 - da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) KİV nümayəndələri üçün "2 aprel - Ümumdünya Autizm Günü"nə həsr olunmuş dəyirmi masa keçirilib. Nazirlikdən "Olaylar" - a bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı 2007-ci ildən başlayaraq hər il aprel ayını "Dünya Autizm Maarifləndirmə" ayı kimi qeyd edir. Səhiyyə Nazirliyinin Mətbuat xidməti ilə birgə təşkil olunacaq dəyirmi masa 2017-ci ilin aprel ayında autizmlə bağlı keçiriləcək tədbirlər silsiləsinin ilk tədbirdi.

"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı"na əsasən KİV nümayəndələri üçün təşkil ölunan dəyirmi masanın əsas məqsədi media vasitəsi ilə ictimaiyyətin diqqətini cəmiyyətimizdə ildən-ilə aktuallaşan autizm sindromuna, autik spektr pozuntuları ilə üzləşmiş insanların və ailələrin ehtiyaclarına yönəltməkdi.

SN nümayəndələri, Azərbaycan Tibb Universiteti, Uşaq Psixonevroloji Mərkəzi, "Birgə və Sağlam" İctimai Birliyi və "Lider Qadınlar" İctimai Birliyinin nümayəndələrinin, eləcə də İSİM-in mütəxəssislərinin iştirak edib.

Autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən, məhdud və təkrarlanan davranışlara yol açan ümumi inkişaf geriliyidi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"də "Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları"na autizm də aid edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31