Yer Elmləri bölməsində iclas

Martın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin iclası keçirilib. Akademiyadan "Olaylar2 - a bildirlib ki, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və institutun elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Seymur Məmmədov "Məsafədən zondlama materialları əsasında Böyük Bakı ərazisinin mövcud ekogeomorfoloji vəziyyətinin CİS mühitində tədqiqi" mövzusunda birgə məruzə ilə çıxış ediblər. 
İclasda müzakirə olunan növbəti məsələ AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərlə bağlı olub. Fəxrəddin Qədirov bölmə üzrə həqiqi və müxbir üzvlüyə iki namizədin qeydə alındığını diqqətə çatdırıb. Gündəlikdə yer alan növbəti məsələ isə AMEA-nın adlı mükafatlarına namizədlərin seçilməsi ilə bağlı olub. Bölmə Bakı Dövlət Universitetinin Faydalı qazıntılar kafedrasının müdiri, Yer ehtiyatlarının aerokosmik tədqiqatları ETL-in elmi rəhbəri, Əməkdar elm xadimi, akademik Vasif Babazadənin "Akademik Musa Əliyev" adına mükafata təqdim edilməsi haqqında Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.

.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31