Gündəm
Avstraliya TƏHLÜKƏDƏ - "Debbi" gəlir
Avstraliyada şiddətli "Debbi" siklonu nəticəsində yaranan daşqın təhlükəsi ilə əlaqədar əhalinin təxliyə edilmsi nəzərdə tutulur. Siklon Tuid çayının səviyyəsinin kəskin qalxmasına səbəb olub. Bu səbədən həmin çayın sahillərində, eləcə də Uilson çayı ətrafında məskunlaşan və xüsusən Lismor şəhərindən 40 min sakin təxliyə olunmalıdır.
Daha bir Nobel mükafatçısı öldü
Nobel mükafatı laureatı, sovet və amerikalı nəzəri fizik Aleksey Abrikosov 88 yaşında dünyasını dəyişib. Bu barədə "Exo Moskvı"ya keçmiş təhsil naziri Livanovməlumat verib.
Yeni texnologiya iflic insana əlini tərpətməyə kömək edib
ABŞ mütəxəssisləri iflic olmuş insana əlini tərpətməyə imkan verən texnologiya yaradıblar. 53 yaşlı amerikalı Bill Koçevar yol-nəqliyyat hadisəsindən sonra 8 il iflic olmuş əl-ayaqla yaşayıb. O, hazırda Klivlend Keys Vestern Rezerv Universitetinin alimləri tərəfindən yaradılan yeni texnologiya vasitəsilə digər insanların köməyi olmadan yemək yeyə biləcək. B.Koçevar dünyada əl-ayaqlar üzərində nəzarətin qismən qaytarıldığı kvadriplegiya (hər iki ayaq və əlin iflici) diaqnozlu ilk insan olub.
Pizzanı müştərinin ünvanına çatdıran robot
Məşhur “Domino's Pizza” şirkəti Almaniya və Niderlandda sifariş olunan pizzaları müştərilərə çatdırmaq üçün robotlardan istifadə etməyə hazırlaşır. Pizzaları ünvanlara 2015-ci ilin sonunda “Starship Technologies” şirkəti tərəfindən işlənib hazırlanan və ötən il sınaqdan keçirilən 6 təkərli robot həyata keçirəcək. Robot səki ilə saatda 6,5 km sürətlə hərəkət edir və piyadalar, eləcə də digər maneələrlə toqquşmur.
Merve ana olmaq istəyir
Aktrisa Merve Boluğur və müğənni Murat Dalkılıç valideyn olmaq istəyirlər. Ayrıldıqları barədə xəbərlər yayılan cütlük bunun yalan olduğunu bildiriblər. Onlar bu günlərdə ana olan aktrisa Pelin Karahanı görmək üçün xəstəxanaya gediblər. Çıxışda jurnalistlərlə söhbət zamanı Murad "Mən qız atası, Merve isə oğlan anası olmaq istəyir" deyib.
Volkan Dəmirəl "Qarabağ"a gəlir?
"Fənərbağça"nın təcrübəli qapıçısı yeni sezondan "Qarabağ"da çıxış edə bilər. Bu iddia ilə Türkiyə mətbuatı çıxış edib. Qardaş ölkənin KİV-nin yaydığı məlumata görə, Azərbaycanın "Qarabağ" klubu ilin sürprizinə imza ataraq 35 yaşlı qapıçının menecerinə 2 illik müqavilə təklif edib.
"Bizə Levandovski, Modest və Obameyanq kimi futbolçular lazımdır"
"Şalke"nin baş məşqçisi Markus Vayntsril yayda bir neçə yeni transfer istəyir. Almaniyalı mütəxəsis səviyyəli futbolçularla heyətin dərinliyini artırmaq fikrindədir. "Bu cür davam edə bilməz. Bir neçə futbolçunun sıradan çıxması səbəbindən komanda oyun fəlsəfəsindən qopmamalıdır. Heyəti gücləndirmək lazımdır. "Şalke"yə Levandovski, Antoni Modest və Obameyanq kimi futbolçular lazımdır".
Yeni mobil texnologiya real vaxt rejimində müxtəlif əşyaların üzərindəki mətni tanıyacaq
“ABBYY” şirkəti informasiyanı sənədlərlə yanaşı, müxtəlif əşyaların üzərindən əldə edən “ABBYY Real-Time Recognition SDK” texnologiyasını təqdim edib. Kameranı mətnin üzərinə yönəldən zaman texnologiya məlumatları alaraq onları tanıyır və bunun üçün internetə qoşulma tələb olunmur.
Azərbaycandan Həcc ziyarətinə ayrılan kvotadan 200 yer qalıb
Həcc ziyarətinə sənəd qəbulunun bitməsinə iki ay qalıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.
Moskva məhkəməsi Aleksey Navalnının həbsi barədə qərarı qüvvədə saxlayıb
Moskva Şəhər Məhkəməsi müxalifətçi Aleksey Navalnının həbsi barədə qərarı qüvvədə saxlayıb. A.Navalnının vəkili Olqa Mixaylova qərardan şikayət edəcəklərini bildirib. Daha əvvəl O.Mixaylova Navalnının həbsindən şikayət edərkən onun saxlanılması və məhkəməsinin çoxsaylı qanun pozuntuları ilə baş tutduğunu iddia edib.
Dövlətə xəyanətdə ittiham olunan şəxslərin məhkəməsində şahidlər ifadə verib
Dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini Natiq Kərimovun və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Yüksək texnologiyalı protez sexinin qurulmasına 2 milyon manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sınaq imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ
Dövlət İmtahan Mərkəzi 27 may və 11 iyun tarixlərində ənənəvi (kağız daşıyıcılar vasitəsilə) üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyənlərə müraciət edib.
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir
Xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların, dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri, diplomatik korpusun təmsilçiləri tərəfindən təbriklər gəlməkdə davam edir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı İran İslam Respublikasının Birinci vitse-prezidenti İshaq Cahangiri, Qazaxıstan Respublikasının dövlət katibi Gülşar Abdikalikova, Malayziyanın Baş nazirinin müavini Əhməd Zahid Həmidi, Fransa Respublikasının Kann şəhərinin meri David Lisnard, Moldova Respublikasının Qaqauz Muxtar Ərazi Qurumunun rəhbəri İrina Vlax, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müştərək iqtisadi komissiyanın həmsədri Mahmud Vaizi, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin, FİDE-nin prezidenti Kirsan İlyumjinov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, UNESCO-nun sabiq baş katibi Koişiro Matsuura, Azərbaycan Respublikasının İtaliyanın Kataniya şəhərindəki fəxri konsolu Domeniko Koko təbrik ediblər.
"Təranə Qumralın avtomobilinə həbs qoyulsun!" - Nazənindən ŞOK TƏLƏB
Müğənni Nazənin həmkarı Təranə Qumralın avtomobilinə həbs qoyulması ilə bağlı məhkəməyə müraciət edib.














