Pizzanı müştərinin ünvanına çatdıran robot
Məşhur “Domino's Pizza” şirkəti Almaniya və Niderlandda sifariş olunan pizzaları müştərilərə çatdırmaq üçün robotlardan istifadə etməyə hazırlaşır. Pizzaları ünvanlara 2015-ci ilin sonunda “Starship Technologies” şirkəti tərəfindən işlənib hazırlanan və ötən il sınaqdan keçirilən 6 təkərli robot həyata keçirəcək. Robot səki ilə saatda 6,5 km sürətlə hərəkət edir və piyadalar, eləcə də digər maneələrlə toqquşmur.
30 Mart 2017 19:09 DünyaMəşhur "Dominochr("39")s Pizza" şirkəti Almaniya və Niderlandda sifariş olunan pizzaları müştərilərə çatdırmaq üçün robotlardan istifadə etməyə hazırlaşır. Pizzaları ünvanlara 2015-ci ilin sonunda "Starship Technologies" şirkəti tərəfindən işlənib hazırlanan və ötən il sınaqdan keçirilən 6 təkərli robot həyata keçirəcək. Robot səki ilə saatda 6,5 km sürətlə hərəkət edir və piyadalar, eləcə də digər maneələrlə toqquşmur.
Müştərilərin sifariş etdiyi pizza, içkilər və desertlər robotun kodla bağlanan xüsusi qapalı bölməsinə yerləşdirilir. Onu açmaq üçün müştəri şirkət tərəfindən smartfonuna göndərilən kodu daxil edir. Aparatın maksimal yükgötürmə qabiliyyəti 9 kiloqramdır.
Hələlik robot vasitəsilə çatdırılma Almaniya və Hollandiyanın bütün ərazisində əlçatan deyil və yalnız "Domino's" restoranlarına 1 mil radiusda həyata keçirilir.
Xatırladaq ki, Dominochr("39")s" ötən ilin noyabrında Yeni Zelandiyada pizzaları müştərilərə çatdırmaq üçün dronlardan istifadə etməyə başlayıb. İKT.lent.az-ın "Endgadget" portalına istinadən xəbər verir.