Volkan Dəmirəl "Qarabağ"a gəlir?

"Fənərbağça"nın təcrübəli qapıçısı yeni sezondan "Qarabağ"da çıxış edə bilər. Bu iddia ilə Türkiyə mətbuatı çıxış edib. Qardaş ölkənin KİV-nin yaydığı məlumata görə, Azərbaycanın "Qarabağ" klubu ilin sürprizinə imza ataraq 35 yaşlı qapıçının menecerinə 2 illik müqavilə təklif edib.

Təklifin Volkan Dəmirələ çatdırıldığı və bunun üçün təcrübəli qapıçının "Qarabağ"a təşəkkür etdiyi deyilir. Lakin Volkan mövsümün sonu müqaviləsi başa çatan "Fənərbağça"dan son dəqiqəyə qədər yeni müqavilə gözləyəcəyini deyib. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31