Salyan-Şirvan avtomobil yolunun 6 km-lik hissəsi hazırdır
İstismar müddəti bitmiş olan respublika əhəmiyyətli Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması işləri “Azəravtoyol” ASC tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə davam etdirilir. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, hazırda sözügedən ərazidə yol əsasının tikintisi işləri aparılır.
30 Mart 2017 16:27 Sosialİstismar müddəti bitmiş olan respublika əhəmiyyətli Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması işləri "Azəravtoyol" ASC tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə davam etdirilir. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, hazırda sözügedən ərazidə yol əsasının tikintisi işləri aparılır. Tikinti işlərinin aparıldığı hissədə yararsız qrunt qazılaraq çıxarılıb və əvəzinə qum çınqıl- qarışığından ibarət xüsusi material tökülərək kipləşdirilib, yeni yol əsası tikilir. Uzunluğu 31 km, yol yatağının eni 13-15 metr olan yol II texniki dərəcəyə uyğun yenidən qurulur. Yenidən qurulan yolun hərəkət hissəsinin eni 9 metr, hərəkət zolaqlarının sayı 2, çiyinlərin eni isə 2 metr təşkil edəcək. Yol yatağının eni 15 metr təşkil edən ərazidə isə çiyinlərin eni hər iki istiqamət üzrə 3 metr olacaq. Artıq yolun 6 kilometrdən çox hissəsində əsaslı tikinti işləri həyata keçirilib və asfalt-beton örtüyü çəkilib.
Ümumilikdə isə tikintisi işləri çərçivəsində 300 min m2 sahəyə 3 qat olmaqla 25 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Bu isə ağırtonnajlı maşınların müntəzəm hərəkət etdiyi yolun uzun müddət istismar olunmasına imkan verəcək. Layihəyə uyğun olaraq yola 25 ədəd uzunluğu 15 və diametri 1 metr dəmir borular və 1 ədəd suötürücü qurğu da quraşdırılacaq. Daha sonra zəruri olan hissələrində 362 ədəd yol nişanları və təhlükəsizlik dirəkləri quraşdırlacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.