Azərbaycan IV İslam Həmrəylik Oyunlarında da mükəmməl peşəkarlığını bir daha nümayiş etdirəcək

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) tərəfindən PwC şirkətinin dəstəyi ilə Palatanın üzvləri üçün təşkil edilən ənənəvi aylıq işgüzar naharın qonağı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov olub.

Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") tərəfindən PwC şirkətinin dəstəyi ilə Palatanın üzvləri üçün təşkil edilən ənənəvi aylıq işgüzar naharın qonağı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov olub. "OLAYLAR"-ın xəbərinə görə, A.Rəhimov Azərbaycanda keçiriləcək nəhəng idman tədbirləri - IV İslam Həmrəylik Oyunları və "Formula-1" üzrə Qran-pri yarışlarının növbəti mərhələsindən danışıb. Nazir qeyd edib ki, qarşıdan gələn İslam Həmrəylik Oyunlarında 20 idman növü üzrə 5 min idmançı iştirak edəcək,

yarışlar ölkənin 16 idman arenasında keçiriləcək. O deyib ki, beynəlxalq standartlara cavab verən "Atletlər kəndi" idmançıları qəbul etməyə hazırdır: "Əminəm ki, möhtəşəm idman hadisəsinin şahidi olacağıq. Azərbaycan ilk Avropa Oyunları, "Formula-1" üzrə Qran-pri yarışları və digər iri idman tədbirlərini yüksək səviyyədə təşkil etmiş ölkə kimi IV İslam Həmrəylik Oyunlarında da mükəmməl peşəkarlığını bir daha nümayiş etdirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31