Nazir müavini Gürcüstan sədiri ilə görüşüb

Mart ayının 30-da kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Gürcüstan Respublikasının Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Teymuraz Şaraşenidze ilə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycanla Gürcüstan arasında kənd təsərrüfatı sahəsində iki tərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub. 

Mart ayının 30-da kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Gürcüstan Respublikasının Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Teymuraz Şaraşenidze ilə görüşüb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, görüşdə Azərbaycanla Gürcüstan arasında kənd təsərrüfatı sahəsində iki tərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub. Nazir müavini İlham Quliyev ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, dövlət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələri, xüsusilə aqrolizinq xətti ilə  kənd təsərrüfatı texnikalarına güzəştlərin ayrılması, pambıqçılıq, tütünçülük və heyvandarlıq sahələrinə subsidiyaların verilməsi barədə danışmış, həmçinin fındıqçılıq, baramaçılıq və çayçılığın inkişafı barədə geniş məlumat verərək məhz bu sahələr üzrə Gürcüstanla əməkdaşlığa önəm verildiyini qeyd edib. Nazir müavini İlham Quliyev Gürcüstan iş adamlarını may ayında Azərbaycanda keçiriləcək kənd təsərrüfatı sərgisində iştirak etməyə dəvət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31