Gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə verilir
Gözün buynuz qişası “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı”na daxil edilir.
30 Mart 2017 15:54 SosialGözün buynuz qişası "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı"na daxil edilir. "Olaylar" xəbər verir ki, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin martın 30-da keçirilən iclasında müzakirəyə çıxarılıb.İclasda bildirilib ki, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı" haqqında qanuna dəyişikliyin edilməsi təklif edilir.Yeni layihədə təklif edilir edilir ki, gözün buynuz qişası "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı"na daxil edilsin.