Tarix Muzeyində 31 Mart Soyqırımı
30 Mart 2017 15:04 MədəniyyətMartın 30 - da AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsi və Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə "31 mart - azərbaycanlıların soyqırımı"gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə tarixçi alimlər, Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri, Bakı şəhəri 39 saylı tam orta məktəbin şagirdləri və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin aparıcı elmi işçisi Bəhmən Kərimov açıb.
Sonra tədbir iştirakçıları Azərbaycanın azadlıq və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov, AMEA Qafqazşünaslıq İnstitutunun Şimali Qafqaz tarixi şöbəsinin müdiri t.ü.f.d. Vasif Qafarov, Nərimanov rayonu 39 saylı tam orta məktəbin direktoru Tahirə Şükürova çıxış ediblər.
Sonda tədbir iştirakçılarının sualları tarixçilər tərəfindən ətraflı cavablandırıldı və Muzeyin ekspozisiyasında yaradılan 31 mart - azərbaycanlıların soyqırımı bölməsinə ekskursiya edildi.