“Mən həyatı seçirəm” layihəsi çərçivəsində tədbir keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, Respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtın səmərəli şəkildə təşkili, onların ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, Respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtın səmərəli şəkildə təşkili, onların ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir. Komitədən "Olaylar"a verilən məlumata görə, bu istiqamətdə keçirilən layihələrin davamı olaraq, "Mən həyatı seçirəm" adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbirin 31 mart 2017-ci il tarixində saat 12:00-da Azərbaycan Dövlət Pedagoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedagoji Kollecində keçiriləcək. Tədbirdə  ekspert qismində "Sağlam ailə" Tibb Mərkəzinin əməkdaşlarının  iştirakı  da  nəzərdə tutulur. Layihə çərçivəsində keçiriləcək tədbirdə sağlam həyat tərzi, reproduktiv sağlamlıq , erkən nikah, nikahdan əvvəl tibbi müayinənin təbliği,  ailə planlaşdırılması, uşaqların ana südü ilə qidalanması, qeyri-infeksion xəstəliklərin profilaktikası, talassemiya ilə mübarizə və ziyanlı vərdişlərin (narkomaniya, alkoqolizm, siqaret, QİÇS) yaratdığı fəsadlar və digər mövzular ətrafında müzakirələr keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31