Gündəm
“MTN işi”ndə vəkillər jurnalistlərə açıqlama verməkdən imtina ediblər
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Züleyxa Nadir yazır... “Bir də görəcəksiniz ki, məni öldürdülər”...
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, əməkdar jurnalist Alı Mustafayevin 65 yaşı tamam olur. Yubiley günündə onunla bağlı xatirələrimi “Olaylar”ın oxucuları ilə paylaşıram.
Qafqazda vəziyyət mürəkkəbdir
Son vaxtlar Rusiya ilə Azərbaycan arasında bir sıra məsələlərdə anlaşılmazlıq meydana gəlir desək yanılmarıq. Bəzi Rusiya rəsmilərinin mütəmadi olaraq səsləndirdikləri və Azərbaycanın maraqlarına zidd olan açıqlamaları hər nə qədər Moskva-Bakı münasibətlərinə kölgə salmağa, ölkələr arasında ciddi problemin meydana gəlməsinə hesablansa da, lakin hər iki dövlətin siyasi rəhbərliyinin ortaya qoyduğu mövqe və qarşılıqlı anlaşma mühiti Rusiya-Azərbaycan əlaqələrinin korlanmasına yönəlik cəhdləri uğursuzluğa düçar olur.
Sosial mənzillər neçəyə başa gələcək?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov güzəştli mənzillərin (sosial evlərin) verilməsi və onların qiymətləri ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib.
Şagirdlər siqaretin zərəri barədə məlumatlandırılacaq
Azərbaycan təhsil müəssisələrində tədris proqramlarına tütündən (siqaretdən) istifadənin zərərli ilə bağlı mövzular salınacaq. Bu məsələ “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində əksini tapıb.
Hərbi akademiyanın kursantı terrora dəstək şübhəsi ilə həbs edildi
Rusiyanın Mojaysk adına Hərbi-Kosmik Akademiyanın kursantı saxlanılıb. Bu barədə Sankt-Peterburq qarnizon hərbi məhkəməsinin mətbuat-katibi Yekaterina Savçenko deyib.
Görülən işlər gələcək inkişafımızı daha yüksək səviyyədə təmin edəcək
“Ölkəmizin 2017-ci il üçün əsas prioriteti qeyri-neft sektorunun sürətli inkişafıdır. Bu ilin birinci rübünün sosial-iqtisadi göstəriciləri də bu reallığı təsdiqləyir”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə gör, bu fikir YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib.
Asəf Hacıyev XX Avro-Asiya Sammitində
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun İdarəetmənin nəzəri problemləri şöbəsinin müdiri, akademik Asəf Hacıyev İstanbulda keçirilən XX Avro-Asiya Sammitində iştirak edib.
Hüseyn Cavidin “Maral” pyesi bolqar dilinə tərcümə olunur
Romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin “Maral” pyesi AMEA Hüseyn Cavidin Ev Muzeyivə Bolqarıstandakı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə layihəsi əsasında bolqar dilinə tərcümə olunur. Akademiyadan “Olaylar” – a bildirilib ki, pyesin tərcüməsində məqsəd Hüseyn Cavidin ümumbəşəri yaradıcılığını beynəlxalq miqyasda təbliğ etməkdi.
Bu həftə Musiqili Teatrda
Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq. Teatrın mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, 14, 15, 16 aprel tarixlərində saat 12.00 və 19.00-da “Fransızsayağı qarnir”, “Yağış göbələyinin macərası”, “Arşın mal alan” , A. Sadıqovun səhnələşdirdiyi “Yatmış gözəl və cırtdanlar”, “Bankir adaxlı” tamaşaları təqdim ediləcək.
Heyvanların qanunsuz ovlanması və satılmasına qarşı növbəti reydlər
“Ovçuluq haqqında” və “Heyvanat aləminin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən qurumlarının əməkdaşları tərəfindən respublika ərazisində çöl quşlarının və heyvanların qanunsuz ovlanması və satılması hallarının qarşısının alınması istiqamətində növbəti reydlər keçirilib.
Əmək Nazirliyinin elektron xidmətlərindən 2 milyon 606 min 638 dəfə istifadə qeydə alınıb
Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində aparılan islahatlar bu sahələrdə elektron texnologiyaların geniş şəkildə tətbiqinə, əhalinin əmək və sosial müdafiə sahələri üzrə elektron müstəvidə xidmətlərlə təmin olunmasına şərait yaradıb.
ADMİU-da ustad dərsi
Qırğızıstan Xalq artisti, qırğız və qazax kinosunun görkəmli nümayəndəsi, Pavel Lebeşev mükafatı laureatı, tanınmış kinooperator Xasanbek Kıdıraliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qonağı olub. Universitetdən “Olaylar” – a bildirilib ki, Kino və televiziya sənətləri kafedrasının dosenti Rafiq Quliyev tədbiri giriş sözü ilə açaraq qonağı salamlayıb.
Fazil Mustafa: "Hacı Cavad məscidi ilə bağlı ajiotaj yaratmağın mənası yoxdur"
Düzdür, Azərbaycan mühitində məscid məsələsinə həssas yanaşma var. Amma Hacı Cavad məscidinin sökülməsinin hər hansı şəkildə dini və ya siyasi bir həyəcan kimi təqdim olunmasının əleyhinəyəm. Yeni yer müəyyən olunandan sonra dindarların istifadəsinə daha geniş, işıqlı, təmirli məscid verilə bilər.
"Peterburq terrorçusu" barədə YENİ FAKT: Türkiyədən deportasiya edilmişdi
Rusiyanın Sankt Peterburq şəhərində metroda terror aktı törətmiş Qırğızıstan əsilli Əkbərcan Cəlilov 2016-cı ildə Türkiyə hüdudlarından kənara çıxarılmışdı.














