Asəf Hacıyev XX Avro-Asiya Sammitində

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun İdarəetmənin nəzəri problemləri şöbəsinin müdiri, akademik Asəf Hacıyev İstanbulda keçirilən XX Avro-Asiya Sammitində iştirak edib.

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun İdarəetmənin nəzəri problemləri şöbəsinin müdiri, akademik Asəf Hacıyev İstanbulda keçirilən XX Avro-Asiya Sammitində iştirak edib.

Akademiyadan "Olaylar" - a bildirilib ki, Asiya və Avropanın bir neçə dövlət və hökumət başçısının iştirak etdiyi sammitdə akademik A.Hacıyev bəşəriyyət üçün ən böyük təhlükə olan terrorizmə qarşı mümkün mübarizə metodları ilə bağlı çıxış edib. Çıxışında dünya üçün təhlükəli olan terrorla mubarizə və terror nəticəsində yaranan qaçqın böhranı məsələsinə toxunub.

Terrorun dünya iqtisadiyyatına vurduğu ziyanın 400 mlrd. ABŞ dollarını keçdiyini deyən alim bildirib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına dəyən zərər qeyd olunan rəqəmin 10%-dan çoxdur.

Sammitin sonunda Asəf Hacıyev müxtəlif sahələrdə apardığı aktiv fəaliyyətinə görə, Marmara Fondunun xüsusi medalı ilə təltif edilib.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31