Hüseyn Cavidin “Maral” pyesi bolqar dilinə tərcümə olunur
Romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin “Maral” pyesi AMEA Hüseyn Cavidin Ev Muzeyivə Bolqarıstandakı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə layihəsi əsasında bolqar dilinə tərcümə olunur. Akademiyadan “Olaylar” – a bildirilib ki, pyesin tərcüməsində məqsəd Hüseyn Cavidin ümumbəşəri yaradıcılığını beynəlxalq miqyasda təbliğ etməkdi.
13 Aprel 2017 14:30 MədəniyyətRomantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin "Maral" pyesi AMEA Hüseyn Cavidin Ev Muzeyivə Bolqarıstandakı Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə layihəsi əsasında bolqar dilinə tərcümə olunur. Akademiyadan "Olaylar" - a bildirilib ki, pyesin tərcüməsində məqsəd Hüseyn Cavidin ümumbəşəri yaradıcılığını beynəlxalq miqyasda təbliğ etməkdi.
Nəşrin tərtibçisi və ön sözün müəllifi muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, tərcüməçisi isə mərkəzin müdiri Sofiya Şiqayevadır.
Qeyd edək ki, "Maral" əsəri Azərbaycan ədəbiyyatında qadın hüquqsuzluğu mövzusunda yazılmış ilk faciədir.