Hərbi akademiyanın kursantı terrora dəstək şübhəsi ilə həbs edildi
Rusiyanın Mojaysk adına Hərbi-Kosmik Akademiyanın kursantı saxlanılıb. Bu barədə Sankt-Peterburq qarnizon hərbi məhkəməsinin mətbuat-katibi Yekaterina Savçenko deyib.
13 Aprel 2017 14:37 DünyaRusiyanın Mojaysk adına Hərbi-Kosmik Akademiyanın kursantı saxlanılıb. Bu barədə Sankt-Peterburq qarnizon hərbi məhkəməsinin mətbuat-katibi Yekaterina Savçenko deyib. Kursant Vadim Osipov iyunun 9-dək iki ay müddətinə həbs edilib. Cinayət işinin detalları açıqlanmasa da, terrorçuluq fəaliyyətinə dəstək maddəsi ilə ittiham olunan V.Osipovu 15 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, aprelin 6-da Sankt-Peterburq metrosunda terror aktı törədən Akbarjon Cəlilovun 6 ortağı saxlanılıb. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31