Gündəm

Vitali Kliçko "Eurovision" müsabiqəsində Rusiya nümayəndəsinin iştirakı məsələsini şərh edib

13 Aprel 2017 15:41

Kiyevdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsində Rusiya nümayəndəsinin iştirakı siyasiləşdirilir. Bu barədə jurnalistlərə Bakıda səfərdə olan Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko bildirib.

Rahilə Dövran yazır... Azərbaycan-Türkiyə

13 Aprel 2017 15:39

Tükənməyən güc, qüvvət, İki dövlət, bir millət. Qazancı zəfər, şöhrət, Layiqdir hər sevgiyə Azərbaycan-Türkiyə.

Qazaxda sahibkarlar üçün treninq keçirilib

13 Aprel 2017 15:38

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün növbəti treninqi Qazaxda keçirib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, aprelin 12-də Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə keçirilmiş treninq “Biznes ideyanı yarat” və “Korporativ idarəetmə” mövzularını əhatə edib.

İstehlak bazarına nəzarət gücləndirilib

13 Aprel 2017 15:37

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmış Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının verdiyi tapşırıqların icrası məqsədilə Dövlət Xidməti istehlak bazarında aparılan monitorinqlərin intensivliyini artırmış, istehlak bazarına nəzarəti daha da gücləndirmişdir. 

Xırdalanda ayaqqabı mağazası külə dönüb

13 Aprel 2017 15:35

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ayaqqabı mağazasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə  ümumi sahəsi 45 m2 olan ayaqqabı mağazasının lambirdən ibarət tavanı 8 m2 sahədə və içərisində olan ayaqqabılar qismən yanıb. Mağazanın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Deputatlarımız Türkiyədə referendumu izləyəcəklər

13 Aprel 2017 15:33

Milli Məclisin  Səhiyyə komitəsinin  sədri  Əhliman  Əmiraslanov və deputat  Ağalar Vəliyev Türkiyədə keçiriləcək referendumu  müşahidə etmək üçün  Ankaraya  səfərə gedəcəklər. Milli Məclisdən verilən məlumta görə, millət vəkilləri Türkiyə Konstitusiyasına ediləcək dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsində Türkdilli Ölkələrin Parlament Assambleyasının   xətti ilə iştirak edəcəklər. Deputatlarımız digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcəklər.Səfər aprelin 17-də başa çatacaq. .

"Mercedes" 45 yaşlı kişini vurdu

13 Aprel 2017 15:31

Aprelin 13-də saat 1 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Sumqayıt şəhər sakini Baba Nuhiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb. “Olaylar”  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.  Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

"Ərim xəyanət etdi" deyirdi, özünün görüşdüyü kişi ortaya çıxdı

13 Aprel 2017 15:30

Yanvar ayında boşanan Bircə Akalay ilə Sarp Levendoğlu sosial şəbəkə hesablarından ad çəkmədən bir-birlərini hədəf alıblar. Qarşılıqlı mesajlara Akalayın anası və ailə həyatlarının bitmə səbəbkarı olaraq göstərilən Derya Şensoy da daxil edilib.

Savçenkonun maşın ilə adam vurdular - Deputat da avtomobildə olub 

13 Aprel 2017 15:27

Ukrayna Ali Radasının deputatı, Milli qəhrəman Nadejda Savçenkonun içərində olduğu avtomobil Kiyevdə adam vurub. 

Tüfəngi polisə könüllü təhvil verdi

13 Aprel 2017 15:14

Xocəsən qəsəbə sakini müvafiq sənədi olmayan ov tüfəngini könüllü olaraq təhvil verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Binəqədi rayonunun Xocəsən qəsəbə sakini Sənan Babayev müvafiq sənədi olmayan “Tula” markalı ov tüfəngini könüllü olaraq 40-cı PB-yə təhvil verib.

“Forsaj 8” filminin press-nümayişi

13 Aprel 2017 15:12

Park Cinema IMAX kinoteatrında media nümayəndələri, bloggerlər, kinorejissorlar və digər məşhur simlaların iştirakı ilə “Forsaj 8” filminin press-nümayişi baş tutdu. Tədbir Castrol şirkətinin dəstəyi ilə keçirilib. Park Cinemadan “Olaylar” – a bildirilib ki, Forsaj 8 – Forsaj 3-dən sonra 30 noyabr 2013-cü il tarixində Forsaj 7 filminin çəkilişləri zamanı avtomobil qəzasında vəfat etmiş Pol Uokerin iştirak etmədiyi ilk filmdir.

Qanunsuz sahibkarlıq  fəaliyyətlə bağlı 33 cinayət işi başlanıb

13 Aprel 2017 15:10

2017-cı ilin 1-ci rübündə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq  fəaliyyəti ilə məşğul olma faktları üzrə başlanmış 33 cinayət işi üzrə aparılan araşdırmalar zamanı 906,3 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, Departamentin İstintaq idarəsində 141 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 4 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış cinayət işlərindən 31 iş üzrə 33 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.110 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib.

Müşfiq Ələsgərlidən açıqlama

13 Aprel 2017 15:09

Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev ötən gün  Yasamal ərazisində yerləşən Hacı Cavad məscidi məscidi ilə bağlı ona sual ünvanlayan xanım jurnalistə qarşı kobudluq edib. 

Deputat da leş ətindən danışdı

13 Aprel 2017 15:01

Millət vəkili Fazil Mustafa qeyd edib ki, bu məsələdə bəlkə də ən az suçu olan satıcılardır. Əsas sifarişçilərin və istehsalçıların aşkara çıxarılmasıdır: “Bu məsələdə bütün ictimaiyyət polis əməkdaşılarına köməklik göstərməlidirlər. Ölkədə yayğınlaşan sağalmaz xəstəliklərin bir səbəbini də burada axtarmaq lazımdır.

Yaxın Şərqdə vəziyyət daha da kəskinləşə bilər

13 Aprel 2017 14:57

“Rusiya ilə ABŞ  Suriya münaqişəsinin həllində  ortaq məxrəcə gəlməsə,  Yaxın Şərqdə vəziyyət daha da kəskinləşə bilər və  proseslərin  kəskinləşməsi isə bütünlüklə bölgə üçün  daha ciddi  təhdidlər yaradacaq”.  Bunu  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Nəsirov deyib.