Gündəm

"Mənə bax! Qorxubsunuz, yuxunuz qaçıb!" - BMT-də böyük qalmaqal - VİDEO - FOTO

13 Aprel 2017 16:20

"Bundan belə Rusiyanı aşağılamağa cürət etmə! Qorxmusunuz, yuxunuz qaçıb ki, Suriya məsələsində Birləşmiş Ştatlarla əməkdaşlıq edəcəyik. Siz bundan qorxursunuz! Mənə bax, gözlərini yayındırma. Hara baxırsan?!"

Binəqədi rayon əhalisinin 46 faizi pulsuz tibbi müayinədən keçib

13 Aprel 2017 16:16

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2017-ci ilin fevral ayının 15-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanıb. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin tibbi personalı cəlb edilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, əhalinin tibbi müayinədən keçirilməsi rayonun 8 tibb müəssisəsi tərəfindən həyata keçirilir.

“İslam həmrəylik və bərabərlik dinidir” adlı tədbir keçirilib

13 Aprel 2017 16:16

Neftçala Rayonu İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İslam həmrəylik və bərabərlik dinidir” adlı tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini-dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, Neftçala rayonu “Böyük Oriyat” məscidinin axundu Müslüm Qəhramanov, Neftçala rayon Gənclər və İdman idarəsinin rəis müavini Nazim Dadaşov, təhsil işçiləri və şagirdlər iştirak edib.

Hollandiyada yaşayan Orduxan Teymurxanın ailə üzvləri Azərbaycan prezidentinə müraciət ediblər

13 Aprel 2017 16:14

Bir müddətdir Hollandiyada yaşayan və özünü bloqer kimi qələmə verən Orduxan Teymurxanın ailə üzvləri və yaxın qohumları Azərbaycan prezidentiİlham Əliyevə müraciət ediblər.

Prezident İlham Əliyev Azərbaycanın düşmənlərini belə, ölkəmizin tərəfdaşına çevirir

13 Aprel 2017 16:12

Aprelin 7-də Azərbaycan Prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Teleradio Şirkətinin teleradio aparıcısı Vladimir Solovyovla görüşüb.  Prezident İlham Əliyev Azərbaycanda gedən inkişaf prosesləri barədə danışarkən qeyd edib ki, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal işlər görülür. Dövlətimizin başçısı, həmçinin Azərbaycanın tarixi və bugünkü reallıqları barədə söhbət açaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Rusiya arasında bütün digər sahələrdə olduğu kimi, humanitar əlaqələr, o cümlədən media sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir.

Rusiyadan Azərbaycana məhsul idxalına qadağa qoyula bilər?

13 Aprel 2017 16:10

"Rusiyanın Moskva vilayətindən Azərbaycana quş əti və quş əti məhsullarının ixracı qadağan edildiyindən burada yenidən yüksək patogenli quş qripi (H5) xəstəliyinin aşkarlanmasının ölkəmiz üçün heç bir narahatlığı yoxdur". Bunu  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Xanvəli deyib.

“Binnətin yanı”nda özbəklərlə azərbaycanlılar arasında kütləvi dava

13 Aprel 2017 16:07

Aprelin 8-də Rusiyanın Nijniy Taqil şəhərində azərbaycanlılarla Orta Asiyadan gəlmiş bir qrup şəxs arasında kütləvi dava olub.  “Binnətin yanı” kafesində dalaşan şəxslərin əksəriyyətinin idmançı olduğu və təkbətək döyüş növləri ilə məşğul olduqları bildirilir.

Beynəlxalq Bankın talanması işi: “Hamı qol çəkdi, mən də çəkdim...”

13 Aprel 2017 16:05

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən yüz milyonlarla kredit götürüb qaytarmamaqda ittiham olunan sabiq deputat, oliqarx Dünyamin Xəlilov və digər altı nəfərin – “Aqora” MMC-nin direktoru Fərhad Əmiraslanov, “Səbail Mebel” ASC-nin baş direktoru Seyfulla Seyfullayev, “Kondor Qrup” MMC-nin direktoru Mənsur Zeynalov, «Sport Layn» MMC-nin direktoru Rauf Əliyev, Şakir Musayev və Ruslan Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

MSK sədrinin müavini : “Keçən il siyasi partiyalar daha intizamlı idilər”

13 Aprel 2017 15:56

“Partiyalar tərəfindən illik maliyyə hesabatlarının təqdim edilməsinə münasibət dəyişməlidir. Keçən ilsiyasi partiyalar daha intizamlı idilər”. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bildirib. N. Məmmədov deyib ki, 2014-cü ildən siyasi partiyaların maliyyə hesabatları Mərkəzi Seçki Komissiyasına təqdim edilir.

Azərbaycan-Qazaxıstan: nümunəvi əməkdaşlıq modeli

13 Aprel 2017 15:54

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Bakıya səfəri əhəmiyyətli hadisə kimi analiz edilir. Ekspertlər iki ölkə arasında əlaqələrin xarakter və məzmununda müsbət irəliləyişlərin olduğunu vurğulayırlar.

Salyanda əməliyyat: Ailənin üç üzvü saxlanıldı

13 Aprel 2017 15:52

Salyan rayonunda bir ailənin üç üzvü saxlanılıb.  Hadisə Xəlil Rza Ulutürk posepektində qeydə alınıb. Belə ki, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında şəhər ərazisində əmnəliyyat-axtarış tədbirləri keçirib.

Suriya Baş Qərargahı: Koalisiya qüvvələri İŞİD-in kimyəvi silah anbarını vurub, yüzlərlə ölən var

13 Aprel 2017 15:50

"Beynəlxalq koalisiyaya məxsus təyyarələr İŞİD-in Deyr-əz-Zor vilayətində kimyəvi silah anbarına zərbə endirib. Zəhərli maddələrin ətrafa yayılması nəticəsində yüzlərlə terrorçu və dinc sakin həlak olub".

Bakıda erməni əsilli Marat Ueldanovun məhkəməsi başlayır

13 Aprel 2017 15:47

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İstintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 26-na təyin edilib.

Bakıda dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın iclası keçirilir

13 Aprel 2017 15:46

13 aprel 2017-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti 4-cü iclası öz işinə başlayıb. XİN-dən “Olaylar”a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov rəhbərlik edir. Rusiya nümayəndə heyətinə Rusiya Federasiyası Xarici İşlər Nazirliyindən Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyasının həmsədri Vadim Viktoroviç Postnov rəhbərlik edir.

Elmar Məmmədyarov macarıstanlı həmkarı ilə görüşüb

13 Aprel 2017 15:43

Xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, sörüşdə ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri və mümkün əməkdaşlıq sahələri barəsində fikir mübadiləsi aparılıb. Həmçinin çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi qeyd edilib. Tərəflər ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.