Gündəm
Ermənistandakı korrupsiya Avropa İttifaqını narahat edir
"Ermənistanda siyasi korrupsiya sistemli hal alıb. Bu, Avropa İttifaqını (Aİ) narahat edir". Aİ-nin Ermənistandakı səfiri Petr Svitalskinin bu açıqlaması işğalçı ölkədə böyük əks-səda doğurub. Ermənistanda siyasi korrupsiyanın pik həddə çatdığını vurğulayan Petr Svitalski deyib: "Seçki prosesində səslərin satın alınması Ermənistanın imicinə zərbədir. Bu, bizi narahat edir. Ona görə, bunu səsvermə korrupsiyası adlandırırıq. Seçkidə alış-veriş yolverilməzdir. Beynəlxalq müşahidəçilər də bizimlə eyni fikirdədirlər. Onlar da hesab edirlər ki, belə hallar seçki prosesinə kölgə salır. Mən obyektiv olacağam, bu cür neqativ hadisələrə göz yummayacağıq".
17 yaşlı müğənninin yalanını paylaşımı ifşa etdi
Gənc müğənni Aleyna Tilki üzərində 18 noyabr yazan bir reklam lövhəsi qarşısında aylar öncə çəkdirdiyi fotosunu İnstagram hesabından paylaşıb. "Cevapsız çınlama" klipi ilə izlənmə rekordları qıran Aleyna Tilkinin İnstagram hesabından etdiyi paylaşımdakı tarix təqibçilərinin gözündən qaçmayıb.
Bakıda avtobus qəza törətdi: Xarici vətəndaş xəsarət aldı
Bakıda baş verən yol qəzasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşı xəsarət alıb. Hadisə Səbail rayonu, Salyan yolu küçəsi 12 ünvanının qarşısında qeydə alınıb.
Məscid etirazının arxasında kim var? – Vahid Əhmədovdan AÇIQLAMA
“Yasamal rayonu Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ətrafında qəfil yaranan vəziyyət xarici qüvvələrin təxribatı da ola bilər”. Bunu Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. V.Əhmədov deyib ki, bu məsələ ilə bağlı təxribatın olması mümkündür:
Baş Prokurorluq Ukraynada Azərbaycan şirkətlərinə qarşı cinayətlərə münasibət bildirib
Azərbaycan Baş Prokurorluğu Ukraynada son vaxtlar azərbaycanlılara və Azərbaycan şirkətlərinə qarşı baş verən cinayətlərə münasibətini açıqlayıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Azərbaycan Baş Prokurorluğunun rəhbərliyi Ukrayna Baş Prokurorluğuna son dövrlər bu ölkədə azərbaycanlılara və Azərbaycan şirkətlərinə qarşı törədilmiş konkret cinayət hadisələrinin ictimaiyyət arasında geniş rezonans doğurması ilə əlaqədar bu cinayətlər üzrə araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması və həmin qanunazidd hərəkətlərə qısa müddətdə baxılaraq hüquqi qiymət verilməsi ilə bağlı müraciət edib. Ukrayna Baş Prokurorluğu həmin müraciətlər əsasında son illər azərbaycanlılara qarşı törədilmiş qətllər, əmlaklarının qəsdən məhv edilməsi, o cümlədən Azərbaycan şirkətlərinə məxsus yüklərin oğurlanması ilə bağlı cinayət işləri başlayıb və bəzi cinayət işləri üzrə təqsirkar şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlb olunublar. “Azərbaycan Baş Prokurorluğu ölkə vətəndaşlarına, eləcə də azərbaycanlılara qarşı törədilmiş qanunazidd hərəkətləri qəti şəkildə pisləyir və görülən tədbirlərlə bağlı Ukrayna tərəfinin səylərini hərtərəfli dəstəkləyir", - deyə E. Sultanov söyləyib.
Amerikadan Suriyaya daha bir zərbə
Suriya ordusuAmerikanın Deyr əz Zor şəhərində yerləşən silah anbarını vurduğunu bildirir. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Amerika İŞİD terror qrupuna aid silah anbarını vurub. Hadisə nəticəsində çoxlu sayda sadə vətəndaşların, uşaqların həlak olduğu bildirilir. Vurulma anında havada sarı tüstülərin görüldüyü bildirilir. Verilən məlumata görə, silahlar anbardakı qaz deposunu hədəf alıb. Ərzidə kimyəvi təhlükənin olması qaçılmazdı.
Coğrafiya İnstitutunda növbəti iclas
Aprelin 13-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunda “Fövqəladə hadisələr nəticələrinin aradan qaldırılması zamanı mülkü müdafiə orqanları və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin iclası keçirilib.Akademiyadan “Olaylar” – a bildirlib ki, iclasa sədrlik edən fövqəladə hallar komissiyasının sədri, Coğrafiya İnstitutunun təsərrüfat işləri üzrə direktor müavini, i.ü.f.d. Anar Osmanlı iclasın keçirilməsinin əhəmiyyətindən, mülki müdafiə tədbirlərinin yerinə yetirilməsində İnstitut əməkdaşlarının hazırlıqlı olmalarının vacibliyindən söhbət açıb.
Nəsimi rayonunda 2017-ci ilin I rübünün yekunları müzakirə olunmuşdur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə,mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur. İclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat vermişdir.
Neftçalada sahibkarlara güzəştli kreditlər verilib
Sahibkarlığa Kömək Milli Fondu aprelin 13-də Neftçala Sənaye Zonasında işgüzar forum keçirib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Neftçala Sənaye Zonasında sənaye məhsullarının istehsalı və emalı ilə bağlı hazırlanan nümunəvi investisiya layihələrinin, o cümlədən çörək və şirniyyat məhsulları, plastik qablar, polietilen paketlər, corab, sabun, qablaşdırma materialı istehsalı, süd emalı, bal emalı və qablaşdırılması, meyvəqurutma müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarların təklifləri öyrənilib, maarifləndirici materiallar paylanılıb.
Qazaxıstan Milli İncəsənət Akademiyasının magistrları ADMİU-da
Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenova adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən 9-20 aprel tarixlərində akademiyanın müxtəlif ixtisasları üzrə təhsil alan I kurs magistr tələbələri ADMİU-da elmi təcrübə keçəcəklər. Universitetdən“Olaylar” – abildirilibki, teatrsənətifakültəsində NatalyaMenşikova(xoreoqrafiya), AydınBerdiyarova (xoreoqrafiya), SayaBakıt (xoreoqrafiya), DaniyaBatırxanova (xoreoqrafiya), BayanBeketaeva(rejissor), Rəssamlıqfakültəsində KseniyaOmelçenko (təsvirisənət), SamalMamitova (sənətşünaslıq), Talğat Əbdildayev(sənətşünaslıq), Musiqisənətifakültəsində TolğanayPazılakın (estradasənəti), MirasSabitov (estradasənəti), JanqaliMusayev(ənənvimusiqisənəti), Kuanış Altıbayev (ənənvimusiqisənəti) dissertasiyamövzusundaaraşdırmalaraparacaqlar. Tələbələr ADMİU-nun Kitabxana və İnformasiya Mərkəzində, Azərbaycan Milli Kitabxanasında və Azərbaycan Milli İncəsənət Muzeyində məlumatlar əldə edib, Universitetin professor-müəllim heyətinin dərslərində elmi təcrübə keçərək, müxtəlif mövzular üzərində müzakirələr aparacaqlar.
ADU-da bədii yaradıcılıq festivalının seçim mərhələsi keçirilib
Aprelin 12-də Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan bədii yaradıcılıq festivalının seçim mərhələsi keçirilib. Bədii yaradıcılıq festivalı ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq ali məktəb tələbələrini mədəniyyətimizə və milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyələndirmək, o cümlədən incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət heyətinin birgə qərarına əsasən baş tutub.
Mursiya Universitetinin müəllimi ADU-da seminar keçirib
Azərbaycan Dillər Universitetində (ADU) İspaniyanın Mursiya Universiteti ilə əməkdaşlığa əsasən Erasmus Mundus proqramı çərçivəsində seminar keçirilib. Mursiya Universitetinin Tərcümə üzrə ixtisaslaşmış müəllimi Elena Mosias Oton “Hüquqi frazeologizmlər” mövzusunda məruzə ilə çıxış edib.
Özəlləşdirmə portalından 200 minə yaxın vətəndaş istifadə edib
Cari il ərzində özəlləşdirmə portalından 200 minə yaxın vətəndaş istifadə edib. Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a verilən məlumata görə, ümumilkdə isə ziyarətçilərin sayı 500 minə yaxınlaşıb. Vətəndaşların iştirakında məhdudiyyətin və maneənin olmaması hərraca marağın artmasına gətirib çıxarıb.
Uşaq əməyinin istismarı ilə bağlı təlim keçirilib
Aprelin 13-də tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində Suraxanı rayonu 318 nömrəli orta məktəbin 9-11-ci sinif şagirdləri arasında maarifləndirici təlim keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, təlim sosial çarxın nümayişi ilə başlayıb. Təlimi giriş sözü ilə açan 318 nömrəli məktəbin direktoru Mürsəl Kazımov insan alverinin qarşısının alınması sahəsində dövlət tərəfindən atılan mühüm addımları yüksək qiymətləndirib.
Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinə başçəkmə keçirilib
Ombudsman Aparatının əməkdaşları Fəzail Həsənov və Vüqar Heydərov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının səlahiyyətli nümayəndəsi kapitan Elşad İbrahimovla birgə bu qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsinə başçəkmə həyata keçirərək, şəxsi heyətin məişət şəraiti ilə tanış olmuş, hüquqi maarifləndirmə işi aparıblar.














