Gündəm
ADU Frankofoniya Universitet Agentliyinin üzvü seçilib
Azərbaycan Dillər Universiteti (ADU) dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən və 850-dən çox universiteti birləşdirən genişmiqyaslı Frankofoniya Universitet Agentliyi şəbəkəsinin üzvü seçilib. Bu barədə Frankofoniya Universitet Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə direktoru Mohamməd Ketatanın ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayevə ünvanlanmış məktubunda bildirilir. Azərbaycana səfəri çərçivəsində ona göstərilən xoş münasibətə görə professor Ə.Abdullayevə təşəkkürünü bildirən M.Ketata bu üzvlüyün ADU-ya fransızdilli insanlar üçün bütün maliyyə dəstəyindən yararlanmağa imkan yaratdığını vurğulayıb.
ADU-da “Hava ilanları” festivalı keçirilib
Aprelin 13-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Hava ilanları” festivalı keçirilib.
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib
Aprelin 13-də Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib. Tədbirdə HEB-in AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər üzrə Ekspert komissiyasının sədri, akademik Kamal Abdullayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və namizədliyi qeydə alınmış alimlər iştirak ediblər.
Lapşinin ürəyində problem var? - Vəkildən AÇIQLAMA
Bakıda həbsdə olan bloqer Aleksandr Lapşinin ürəyində problem olması barədə erməni saytlarının yazdıqları məlumatlar həqiqəti əks etdirmir.
Bahalı barlar, yarıçılpaq qızlar və…
AXCP sədri Əli Kərimlinin özü və oğlu Türkelin sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilməsi artıq təəccüblə qarşılanmır. Əvvəllər kimlərsə “24 ilin işsizi” Əli Kərimlinin ailə büdcəsini hansı mənbə hesabına doldurduğuna dair yazılara sərt reaksiya verirdisə, bu gün həmin reaksiya öləziyib. Çünki, artıq onlar da Əli Kərimlinin iç üzündən xəbərdardırlar. Sadəcə, o vaxta qədər susurdular ki, Əli Kərimli həmin mənbədən onları da yemləyirdi. İndi isə AXCP sədri əldə etdiyi çirkli pulları yalnış ailə problemlərinə xərcləyir. Bu da onun yaxın ətrafını qıcıqlandırmağa başlayıb.
Erməni politoloq: "Artıq Ermənistan mövcud deyil"
"Artıq Cənubi Qafqazda Ermənistan heç kimi maraqlandırmır. Təəssüf edirəm artıq Ermənistan mövcud deyil və bu gün Ermənistan müstəqil dövlət deyil, sadəcə Rusiyanın bir hissəsidir”. Bunu erməni politoloq İqor Muradyan deyib.
"Türkiyə ilə sərhəddə kürd dövlətinin qurulmasına icazə verməyəcəyik"
"Türkiyə ilə sərhəddə kürd dövlətinin qurulmasına icazə verməyəcəyik". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kütahyada çıxışında bəyan edib. Dövlət başçısı qeyd edib ki, Türkiyənin heç kimin torpağında gözü yoxdur: "Məzlumun torpağını özünə verəcəyik".
İncəsənət Muzeyində mühazirə
Aprelin 15 – də Milli İncəsənət Muzeyində Azərbaycan milli geyimlərinin xüsusiyyətlərinə həsr olunacaq mühazirə dinləniləcək. Muzeydən “Olaylar” – a bildirilıib ki, mühazirənin müəllifi və aparıcısı Vəfa Rəhimova tekstil üzrə mütəxəssis-məsləhətçi, muzeyin Tikmə bölməsinin müdiridir. Mühazirədən sonra arzu edənləri milli bədii tikmə sənəti üzrə ustad-dərsinə iştirak etməyə, bədii tikmə sənətinin rəngarəng ənənəvi texnikaları olan təkəlduz, güləbətin və doldurma ilə yaxından tanış ola bilərlər.
Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunları
Bilik Fondu və İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi 12-20 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının mahiyyətinin əhaliyə daha dolğun çatdırılması məqsədilə birgə silsilə təbliğat-təşviqat tədbirləri həyata keçirir. Fonddan“Olaylar” - abildirilibki, növbəti belə tədbir aprelin 13-də Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.Universitet rəhbərliyinin, tələbələrin iştirak etdiyi mərasimi giriş sözü ilə Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev açaraq bildirib ki, AzMİU rektoru Gülçöhrə Məmmədova ilə görüşündə xanım rektor İslam Həmrəyliyi Oyunlarında fəaliyyət göstərəcək minlərlə könüllülər sırasında onun rektoru olduğu ali məktəbin tələbələrinin iştirakından məmnun olduğunu söyləyib.
Prezidentin sərancamı ilə nəşr edilmiş kitablar rəqəmsal yaddaş bazasına daxil edildi
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında latın qrafikası ilə nəşr olunan və MEK-də saxlanılan kitabların təqdimatı keçirildi. Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova kitabxana fondlarının unikal ədəbiyyat ilə zənginləşməsində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin rolunu vurğuladı. Direktorun sözlərinə görə Prezidentin 2004-2007-ci illərdə imzaladığı Sərəncamların icrası üçün klassik və müasir Azərbaycan ədəbiyyatı üzrə hazırlanmış siyahı bu fəaliyyətə böyük təkan verəcək. Leyla İmanova müəllif huquqlarının qorunması şərti ilə gələcəkdə də nəşr ediləcək sənədlərin PDF variantlarının bazaya daxil olunması üçün iş aparıldığını vurğuladı. L.İmanova MEK-in vikipedia qrupundan da bəhs edib.
Fikir, söz, məlumat azadlığının təmin olunmasında yeni mərhələ
Kütləvi informasiya vasitələrinin azad, müstəqil şəkildə fəaliyyət göstərməsi günümüzdə dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir. Zaman-zaman dövlət tərəfindən bu istiqamətdə atılan müsbət addımlar Azərbaycanda mətbuat inkişafına təkan verir, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə stimul yaradır. Azərbaycan mətbuatı bu günkü səviyyəsinə gəlib çıxana qədər çox çətin, çətin olduğu qədər də şərəfli bir yol keçib desək yanılmarıq.
Sərhədi pozan iki İran vətəndaşı tutuldu
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Azərbaycan sərhədini pozan iki İran vətəndaşı saxlanılıb. DSX-dan verilən məlumata görə, aprelin 12-də həyata keçirilmiş tədbirlər nəticəsində Astara rayonu Alaşa kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı 1969-cu il təvəllüdlü Qulaməli Sadiqi Gilande Vəliyallah oğlu saxlanılıb.
ŞOK - Xəstəxananın damına helikopterdən meyit atdılar
Meksikanın şimalındakı Sinaloa ştatındakı İMSS xəstəxanasının damına helikopterdən insan cəsədi atılıb. Hazırda həbsxanada olan məşhur narkobaron El Kapo (Bücür) ləqəbli Xoakin Quzmanın Sinaloa narkokartelinin təsiri altında olan əyalətdə baş verən hadisə səhər saat 7:30 radələrində baş verib.
"Canlı bomba" tutuldu - Türkiyəni qana bulayacaqdı
Türkiyəni qana bulamağa hazırlaşan "canlı bomba" yaxalanıb. Qaziantepdə hücuma hazırlaşan İŞİD üzvi yaxalanıb. Terrorçu terror törətmək üçün Suriyadan Türkiyəyə keçməyə çalışarkən yaxalanıb.
Sürücü telefona görə yazılan cəriməni smartfon adı ilə ləğv etdirdi
Bakıda sürücü yol polisinə yazdırdığı protokolu ləğv etdirib. Sürücü Orxan Məmmədli bildirir ki, bir müddət öncə yol polisi smartfondan istifadəyə görə onu saxlayaraq əsassız şəkildə cərimələyib: "Koroğlu metrosu tərəfdən üzü aeroport istiqamətində hərəkət edərkən yol polisi maşını mənim avtomobilimi saxlatdı. Polis mənə əlimdə telefon olduğu üçün qanunu pozduğumu bildirib. Mən ona əlimdəkinin telefon deyil, smartfon tipli cihaz olduğunu söylədim. Avtomobildə hərəkət edərkən həmin cihazda xəritəyə baxırdım. Ancaq polis mənimlə razılaşmadı və cihazın telefon olduğunu bildirdi. Mən polisə bildirdim ki, qanunda smartfon tipli cihazlarla bağlı hər hansı qadağa yoxdur".














