İncəsənət Muzeyində mühazirə

Aprelin 15 – də Milli İncəsənət Muzeyində Azərbaycan milli geyimlərinin xüsusiyyətlərinə həsr olunacaq mühazirə dinləniləcək. Muzeydən “Olaylar” – a bildirilıib ki, mühazirənin müəllifi və aparıcısı Vəfa Rəhimova tekstil üzrə mütəxəssis-məsləhətçi, muzeyin Tikmə bölməsinin müdiridir. Mühazirədən sonra arzu edənləri milli bədii tikmə sənəti üzrə ustad-dərsinə iştirak etməyə, bədii tikmə sənətinin rəngarəng ənənəvi texnikaları olan təkəlduz, güləbətin və doldurma ilə yaxından tanış ola bilərlər.

Aprelin 15 - də Milli İncəsənət Muzeyində Azərbaycan milli geyimlərinin xüsusiyyətlərinə həsr olunacaq mühazirə dinləniləcək. Muzeydən "Olaylar" - a bildirilıib ki, mühazirənin müəllifi və aparıcısı Vəfa Rəhimova tekstil üzrə mütəxəssis-məsləhətçi, muzeyin Tikmə bölməsinin müdiridir. Mühazirədən sonra arzu edənləri milli bədii tikmə sənəti üzrə ustad-dərsinə iştirak etməyə, bədii tikmə sənətinin rəngarəng ənənəvi texnikaları olan təkəlduz, güləbətin və doldurma ilə yaxından tanış ola bilərlər.

Qeyd edək ki, ustad-dərsinin rəhbəri fond şöbəsinin elmi işçisi, tekstil və bədii tikmə üzrə mütəxəssis Esmira Ağasiyevadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31