Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib (FOTO)
21:37 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Final görüşündə Çexiya və İspaniya komandaları üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya millisi FIFA U-15 ilk dünya çempionatı və festivalının qalibi olub.
Dövlətimizin başçısı qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.


































Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31