Bir görüntü İstanbulda həyəcan yaratdı: Şir deyilmiş!
10:04 DünyaTürkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda dişi aslan görüldüyü barədə yayılan məlumatlar ərazidə genişmiqyaslı axtarışlara səbəb olub. Lakin sonradan İstanbul Valiliyi təhlükəsizlik kameralarına düşən heyvanın aslan və ya digər iri pişik növlərindən biri olmadığını açıqlayıb.
Türkiyə KİV-in məlumatına görə, noyabrın 22-də Sarıyer rayonunun Uskumruköy məhəlləsindəki meşəlik ərazidə dişi aslan görüldüyü barədə polisə məlumat daxil olub. Ərazidəki təhlükəsizlik kameralarının görüntülərində aslana bənzəyən heyvanın qeydə alınması ilə əlaqədar axtarışlara başlanılıb.
Axtarışlar çərçivəsində Belqrad meşəsinin avtomobil və piyadalar üçün giriş-çıxışı bağlanıb. Ərazi həm qurudan, həm də termal kameralı dronlarla havadan yoxlanılıb. Bundan başqa, heyvanın müəyyən edilməsi məqsədilə müxtəlif nöqtələrə yem qoyulub və hərəkət sensorlu fototələlər yerləşdirilib.
Bildirilib ki, aparılan araşdırmalar zamanı ərazidə aslanın olduğuna dair konkret sübut əldə edilməyib.
Valilik əlavə edib ki, həmin gün qurumlara müxtəlif bucaqlardan çəkilmiş yeni görüntülər təqdim olunub. Görüntülərin təhlili nəticəsində kadrlardakı heyvanın aslan və ya digər iri pişik növlərindən biri olmadığı qənaətinə gəlinib.