Avropa təhlükəsizlik sisteminin yenidən qurulmasını müzakirə etmək istəmir- ÖZƏL
10:29 DünyaAvropa İttifaqı regional təhlükəsizlik arxitekturasının yenidən qurulmasını Rusiya ilə müzakirə etməyə hazır deyil. Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşri 12 keçmiş və hazırkı avropalı rəsmi, ekspert və NATO diplomatına istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Avropanın əsas qırmızı xətləri danışıqlarda iştirakı, Ukraynanın NATO üzvlüyü ilə bağlı birtərəfli qərarların qəbul edilməməsi və münaqişə başa çatana qədər yeni razılaşmalara getməməsidir.
Norveçin müdafiə naziri Tore Sandvik Avropanın mövcud təhlükəsizlik sistemini dəyişdirməyə ehtiyac olmadığını bildirib. Nəşr qeyd edir ki, Brüssel mövcud təhlükəsizlik arxitekturasının qorunmasını ən real ssenari hesab etsə də, bu yanaşma Moskva üçün qəbuledilməzdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00