Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunları
Bilik Fondu və İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi 12-20 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının mahiyyətinin əhaliyə daha dolğun çatdırılması məqsədilə birgə silsilə təbliğat-təşviqat tədbirləri həyata keçirir. Fonddan“Olaylar” - abildirilibki, növbəti belə tədbir aprelin 13-də Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.Universitet rəhbərliyinin, tələbələrin iştirak etdiyi mərasimi giriş sözü ilə Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev açaraq bildirib ki, AzMİU rektoru Gülçöhrə Məmmədova ilə görüşündə xanım rektor İslam Həmrəyliyi Oyunlarında fəaliyyət göstərəcək minlərlə könüllülər sırasında onun rektoru olduğu ali məktəbin tələbələrinin iştirakından məmnun olduğunu söyləyib.
13 Aprel 2017 17:39 SosialBilik Fondu və İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi 12-20 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının mahiyyətinin əhaliyə daha dolğun çatdırılması məqsədilə birgə silsilə təbliğat-təşviqat tədbirləri həyata keçirir. Fonddan"Olaylar" - abildirilibki, növbəti belə tədbir aprelin 13-də Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.Universitet rəhbərliyinin, tələbələrin iştirak etdiyi mərasimi giriş sözü ilə Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev açaraq bildirib ki, AzMİU rektoru Gülçöhrə Məmmədova ilə görüşündə xanım rektor İslam Həmrəyliyi Oyunlarında fəaliyyət göstərəcək minlərlə könüllülər sırasında onun rektoru olduğu ali məktəbin tələbələrinin iştirakından məmnun olduğunu söyləyib.
İslam Həmrəyliyi Oyunlarının mahiyyətindən danışan İ.Vəliyevin sözlərinə görə, bu oyunlar təkcə islam ölkələrinin deyil, başqa dinlərin, müxtəlif inancların, fərqli xalqların həmrəyliyinə xidmət edir. Azərbaycan tolerant dəyərləri ilə dünyada nümunə ölkədir. İslam Həmrəyliyi Oyunları zamanı ölkəmizə gələn qonaqlara nə qədər multikultural olduğumuzu daha ətraflı təqdim etmək imkanı qazanmış olacağıq. Bu işdə könüllülərin fəaliyyətinə böyük ehtiyac var.
İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Könül Nurullayeva İslam Oyunlarının tarixindən söz açıb. Komitənin direktoru 23 növ idman üzrə keçiriləcək oyunlara 3 mindən artıq idmançının qatılacağını, yarışların 17 obyektdə olacağını deyib.
Tədbirdə çıxış edən AzMİU-nun prorektoru Tofiq Qasımov İslam Həmrəyliyi Oyunları ilə bağlı təbliğat xarakterli görüşün həm də onun təmsil etdiyi universitetdə keçirildiyinə görə, təşkilatçı olan hər iki quruma minnətdarlığını bildirib.