Sərhədi pozan iki İran vətəndaşı tutuldu
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Azərbaycan sərhədini pozan iki İran vətəndaşı saxlanılıb. DSX-dan verilən məlumata görə, aprelin 12-də həyata keçirilmiş tədbirlər nəticəsində Astara rayonu Alaşa kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı 1969-cu il təvəllüdlü Qulaməli Sadiqi Gilande Vəliyallah oğlu saxlanılıb.
13 Aprel 2017 17:34 KriminalDövlət Sərhəd Xidməti (DSX) tərəfindən Azərbaycan sərhədini pozan iki İran vətəndaşı saxlanılıb. DSX-dan verilən məlumata görə, aprelin 12-də həyata keçirilmiş tədbirlər nəticəsində Astara rayonu Alaşa kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı 1969-cu il təvəllüdlü Qulaməli Sadiqi Gilande Vəliyallah oğlu saxlanılıb.
Aprelin 13-də DSX və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində Füzuli rayonu Kərimbəyli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı 1974-cü il təvəllüdlü İsmayıl Bərzigir Abbas oğlu saxlanılıb.
Hər iki fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir. Milli.az