Erməni politoloq: "Artıq Ermənistan mövcud deyil"

"Artıq Cənubi Qafqazda Ermənistan heç kimi maraqlandırmır. Təəssüf  edirəm artıq Ermənistan mövcud deyil və bu gün Ermənistan müstəqil dövlət  deyil, sadəcə Rusiyanın bir hissəsidir”. Bunu erməni politoloq İqor Muradyan deyib.

"Artıq Cənubi Qafqazda Ermənistan heç kimi maraqlandırmır. Təəssüf  edirəm artıq Ermənistan mövcud deyil və bu gün Ermənistan müstəqil dövlət  deyil, sadəcə Rusiyanın bir hissəsidir". Bunu erməni politoloq İqor Muradyan deyib.

Onun sözlərinə görə, bir müddətdən sonra Ermənistanın suverenliyi ilə bağlı məsələ artıq BMT-də müzakirəyə çıxarılacaq: "Biz suveren dövlətikmi? Biz Qərbin dostu və ya NATO, ABŞ-ın düşməniyikmi? Bunu dərk edəndə artıq biz hər şeyi itirmiş olacağıq".    

Politoloq həmçinin bildirib ki, bu gün Avropanın Ermənistana olan münasibəti heç də dəyişməyib: "Avropa illər öncə Ermənistana necə münasibət göstərirdisə,indi də elədir. Prinsipal dəyişikliyin olacağı da gözlənilmir. Bu gün zaman bizim əleyhimizə çalışır. Amma biz seçkilərlə məşğul oluruq. Konstitusiyaya ona görə dəyişiklik edildi ki, Ermənistan daha çox Rusiyadan asılı vəziyyətə düşsün".

Parlament seçkilərini şərh edən İ. Muradyan bildirib ki, onlara fikir vermək lazım deyil: "Bu, bir komediya idi". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31